Modern.az

İrəvanda ilk dövlət xəstəxanası

İrəvanda ilk dövlət xəstəxanası

19 Sentyabr 2017, 13:36

XIX-cu əsrin sonlarında İrəvan şəhərində bir neçə tibb məntəqələri fəaliyyət göstərib. Bunlardan, şəhər xəstəxanası, göz xəstəxanası, psixiatriya xəstəxanası və iki şəxsi tibb məntəqəsi. 1893-cü il fevralın 4-də açılan dövlət xəstəxanasında cəmi 12 çarpayı olub.

 

Şəhər duması tərəfindən qəbul olunmuş qərara əsasən bu xəstəxanada milliyyətindən və yaşından asılı olmayaraq bütün hermofrodit  (biseksual) insanlar pulsuz müalicə oluna bilərdilər. Şəhər dumasının başqa bir qərarına əsasən ümumi xəstələr isə müalicə və gündəlik ərzaq üçün nəzərdə tutulmuş sabit məbləğ ödəməli idilər.

 

Hər bir xəstənin müalicə və ərzaq xərcləri 15 manat təşkil edirdi və xəstə bu məbləği əvvəlcədən ödəməliydi. Nadir hallarda xəstələr müalicə və ərzaq xərclərindən azad edilirdi. . Xüsusi ambulator şöbəsi və apteki  olan  xəstəxanaya yalnız ağır və xroniki xəstələri qəbul edirdilər.

 

1899-cu ildə xəstəxanada çarpayı sayı 15-, 1903-cü ildə 26-ya, 1908-ci ildə isə 40-a çatdırıldı. Bir sözlə, ambulator və stasionar müalicə olunanların sayı getdikcə artırdı. Belə ki, 1894-cü ildə xəstəxanada 142 stasionar və 2654 ambulator müalicə alan vardısa, 1896 - cı ildə onların sayı artmaqda davam edirdi. Yəni, stasionar müalicə alanlar 151, ambulator müalicə alanların sayı 4709 nəfər olub.

 

1918-ci ildən başlayaraq, rejimin dəyişməsi ilə əlaqədar olaraq, İrəvan xəstəxanası  maliyyə çatışmazlığı səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

 

İsmayıl Tanrıverdi,

BDU-nun Erməni Araşdırmaları elmi-tədqiqat və tədris Mərkəzinin Rəhbəri

                               

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu