Modern.az

Avtobus sürücüsünü döyən hələ də saxlanılmayıb – DİN-dən AÇIQLAMA

Avtobus sürücüsünü döyən hələ də saxlanılmayıb – DİN-dən AÇIQLAMA

19 Sentyabr 2017, 14:39

“Avtobus sürücüsünü döyən şəxs saxlanılmayıb”.  Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə məlumat verib.

O qeyd edib edib ki, şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir:

 

“Avtobus sürücüsünə qarşı zor tətbiq edən şəxsin kimliyinin və yerinin müəyyənləşdirilməsi, tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

 

O.Mansurzadə bildirib ki, şəxsin artıq saxlanmasına dair bəzi KİV-lərdə gedən məlumatlar həqiqəti əks etdirmir”.

Sentyabrın 18-də saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb.

İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşko) aparılıb, onun qaşına tikiş qoyulub.

Faktla bağlı 19-cu polis bölməsində araşdırma aparılır. 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı