Modern.az

“Mədəniyyət haqqında” qanun dəyişdirilir – bu məhsullar mədəni sərvətlər sayılmayacaq

“Mədəniyyət haqqında” qanun dəyişdirilir – bu məhsullar mədəni sərvətlər sayılmayacaq

Aktual

19 Sentyabr 2017, 14:44

Azərbaycanda 1960-cı ildən etibarən yaradılan və mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları (suvenirlər daxil olmaqla) mədəni sərvətlərə aid edilməyəcək.

 

Modern.az-ın məlumatına görə, bu, “Mədəniyyət haqqında” qanununa edilən dəyişiklik layihəsində əksini tapıb.

 

Maddənin 30.2.6-cı maddəsinə əsasən, qədim nadir kolleksiyalar və 30 ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) mədəni sərvətlərə aid edilir.

 

Dəyişiklik layihəsinə əsasən isə, qədim nadir kolleksiyalar və 1960-cı il əvvəlki dövrə aid tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) mədəni sərvətlərə aid ediləcək.

 

Layihə Milli Məclisin iclasına tövsiyə olunub. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi