Modern.az

Komitə sədri: “Stalinin, Leninin heykəllərini saxlamalıydıq”

Komitə sədri: “Stalinin, Leninin heykəllərini saxlamalıydıq”

Aktual

19 Sentyabr 2017, 14:58

“SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş İosif Stalinin, SSRİ Xalq Komissarları Sovetinin 1-ci sədri Vladimir Leninin heykəlləri uçurulub. Mən o vaxt da təklif etmişdim ki, bunları bir yerə yığıb saxlamaq lazımdır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov deyib. O bildirib ki, bütün bunlar tarixdir.

“Qəmli tarix də olsa, faktiki olub.  “26 Bakı komissarı”nın, XI Qızıl Ordunun şərəfinə ucadılan abidə və digər abidələr bir yerdə saxlanmalı idi. Məktəbliləri ora aparmaq lazımdır və tanış etmək lazımdır ki, bu şəxslərin hansı fəaliyyəti olub. Məsələn, XI Qızıl Ordunu bizə xilaskar kimi təqdim edirdilər. Əslində, belə olmayıb. Ona görə həmin abidələri saxlamaqla gələcəyi nəsli məlumatlandırmaq lazımdır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi