Modern.az

Deputat Rusiya Dövlət Dumasını ittiham etdi

Deputat Rusiya Dövlət Dumasını ittiham etdi

19 Sentyabr 2017, 15:13

“Polşada SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş İosif Stalinin, SSRİ Xalq Komissarları Sovetinin 1-ci sədri Vladimir Leninin heykəlləri uçurulduğuna görə rusların canı ağrıyır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Fəzail İbrahimli deyib.

 

Deputat bildirib ki, Rusiyanın səfirinin gözləri qarşısında Xocalı soyqırımında insanlarımız qırıldı.

 

“Amma Rusiyanın Dövlət Duması qımıldanmadı. Bunların axı niyə canlarına belə istilik keçib ki, bizə bu müraciəti edirlər? Polşanın tarixinə fikir versək, ora iki tərəfdən hücum olunmuşdu. Mən müdafiə etmək istəmirəm.

 

Şərqi Polşanın SSRİ, Qərbi Polşanı isə Hitler işğal etmişdi. Polşalılar bu ağrı-acının təsiri altında olduğundan hirslərini heykəllərdən çıxırlar ”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi