Modern.az

Nəriman Qasımoğlu şeyxin müdafiəsinə qalxdı

Nəriman Qasımoğlu şeyxin müdafiəsinə qalxdı

19 Sentyabr 2017, 15:18

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının toplantısında Allahşükür Paşazadənin təklifi ilə “axund” sözünün yığışdırılaraq, onun yerinə məscidlərdə ancaq “imam” vəzifəsinin olması qəbul edilib.

Şeyx bu addımını belə izah edib: "İstəyirik ki, bu "İslam Həmrəyliyi İli" çərçivəsində belə bir qərar qəbul edək ki, “axund” sözü yığışdırılsın, onun yerinə ancaq “imam” sözü işlədilsin".

 

Məlumdur ki, Azərbaycanda şiə icmalarının nümayəndələri daha çoxdur. Eyni zamanda “axund”ların şiə icmalarına rəhbərlik etdiyini bilirik.  Bu baxımdan Şeyxin bu fikirləri cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Hətta  qərarın şiə-sünni mübahisəsini alovlandıracağı ətrafında düşüncələr də mövcuddur.

 

Bu cür qərarın qəbul edilməsində məqsəd nədir?

 

Şərqşünas alim, ilahiyatçı Nəriman Qasımoğlu  Modern.az-a açıqlamasında bildirib ki, “axund”un “imam”la əvəzlənməsini normal qarşılamaq lazımdır:

“Bəzi dilçilərə görə “Axund” sözünün kökü farsca “xuandan” feilinə gedib çıxır və “oxuyub öyrədən” mənasında “müəllim” deməkdir. Bu söz zamanla “din öyrədicisi” mənasını kəsb edərək İran, Əfqanıstan, Pakistan və Azərbaycan müsəlmanları arasında yüksək din rütbəsini, eləcə də din alimini bildirib. Ötən əsrdən bəri isə qeyd etdiyim ərazilərdə əsasən sadəcə müsəlman icmalarının, məscidlərin, mədrəsələrin idarəçisinə aid edilib. Çin müsəlmanları - uyğurların dilində də bu sözün “axun” kimi işlənməsini əsas götürənlər isə sözün türk mənşəli olduğunu bildirirlər”.

 

Bu qərarın alt məzmununda birləşdirici amili  görməmək mümkün deyil

 

N.Qasımoğlu qeyd edib ki, hər iki ad eyni funksionallığa malikdir:

““İmam” kəlməsi kök etibarilə ərəb mənşəlidir, hərfən “lider”, “rəhbər” deməkdir, daha çox dini anlamda işlədildiyindən din titulu kimi hazırda faktiki olaraq “axund”un funksiyasını yerinə yetirir və müsəlmanların üstünlük verdiyi sözdür.

 

Yəni “axund”un “imam”la əvəzlənməsini bu sözlərin eyni funksionallığı baxımından normal qarşılamaq lazımdır. Həm də nəzərə alınsa ki, bizdə “axund”lar şiə icmalarına, “imam”lar isə sünni icmalarına rəhbərlik edirlər, bu qərarın alt məzmununda birləşdirici amili də görməmək mümkün deyil”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır