Modern.az

Azərbaycanlı jurnalist Astanada çağırış etdi - FOTO

Azərbaycanlı jurnalist Astanada çağırış etdi - FOTO

Aktual

19 Sentyabr 2017, 15:30

Astanadakı Milli Akademik Kitabxanada Beynəlxalq  Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə keçirilən "Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" adlı III beynəlxalq ekspedisiyasının nəticələri barədə elmi konfrans keçirilib.

Forumda diplomatlar, Qazaxıstan Parlament Məclisinin deputatları, Qazaxıstanın, Azərbaycanın, Qırğızıstanın, Özbəkistan, Rusiya və Türkiyənin, Monqolustanın   məşhur türkçü alimləri, arxeoloqları və  Akademiyanın həyata keçirdiyi III ekspedisiyanın iştirakçıları olan jurnalistləri iştirak ediblər.

Akadameyanın prezidenti Darxan Kıdıralı  tədbiri açaraq, ekspedisiyanın məqsədi, Monqolustan Elmlər Akademiyasının Tarix və Arxeologiya İnstitutunun verdiyi dəstəkdən danışıb. O qeyd edib ki,  Beynəlxalq Türk Akademiyasının keçirdiyi ekspedisiyalarda məqsəd  Qazaxıstan prezidenti Nursultan Nazarbayevin “İctimai təfəkkürdə modernizasiya” proqramından irəli gələn məsələləri həyata keçirməkdir.  Ulu türklərin yaşadıqları qədim yerləri arayıb tapmaq, onların tarixdə qoyduqları izləri dünyaya tanıtmaq, türk və islam mədəniyyətinə aid olan  türbələri,  yaşayış yerlərini öyrənib dünya elminə çatdırmaq üçün Beynəlxalq Türk Akademiyası 2015-ci ildən tədqiqatlar aparır. Bu tədqiqatların nəticəsində  Qızıl Ordanın tarixə məlum olmayan tərəflərinə artıq alimlər və arxeoloqlar tərəfindən işıq tutulub. Akademiyanın rəhbəri eyni zamanda bildirdi ki, Bilgə xaqanın  Monqolustan Tarix Muzeyində saxlanılan qızıl tacının  surəti  və digər qiymətli və dəyərli eksponatların surəti də Beynəlxalq Türk Akademiyasına verilib.


Tədbirdə iştirak edən Monqolustan Milli Muzeyinin  direktorunun müavini  Jamsranjavın Bayarsayxan  hun və qədim Türk dövrlərinə aid olan eksponatların surətinin Beynəlxalq Türk Akademiyasına  verdiyini bildirib və qeyd edib ki, Monqolustanın Milli Akademiyasın ilə birlikdə “Monqolustanda qədim coğrafi ərazilərin adları xəritəsi”ni yaratmaq barədə saziş imzalanıb. O eyni zamanda geofiziki axtarışlar nəticəsində Monqolustanda bir neçə gizlin qalmış arxeoloji eksponatlar olan ərazilərin şəkillərini göstərərək, həmin yerlərdə də tezliklə axtarışlar aparılacağını söyləyib.

Tanınmış  alim , türkoloq və arxeoloq Napil Bazılxan beynəlxalq ekspedisiyanın 3 ildə gördüyü işlər, “Şivet Ulan” məqbərəsindən tapılan eksponatlar barədə hesabat verərək, bildirib ki, gələcəkdə İlteriş Kutluk xaqanın  iqamətgahı olan Şivet Ulanda  açıq muzey fəaliyyət göstərəcək.

Qazaxıstanın dövlət xadimi Mırzatay Joldasbekov Kentaydan Ulıtauya qədər təşkil olunan beynəlxalq ekspedisiyanın türk dünuyası üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyərək, özünün dəyərli məsləhətlərini də verib. Rusiya Federasiyası Ali Şurasının  mərhəmər və xeyriyyəçilik, Vicdan azadlığı və dinçilik üzrə  komitəsinin sər müavini Murad Zərkişiyev  və  Qırğızıstanın «Кыргыз туусу»  qəzetinin məsul katibi Nazarbek Baygiqitov , Türkiyənin “Vatan” qəzetinin analitiki, alim və jurnalist  Kürşad Zorlu, NTV televiziyasının  siyasi və analitik verilişlər redaksiyasının rəhbəri Ahmet Yaşıltəpə   öz çıxışlarında  Türk Akademiyasının apardığı elmi araşdırmaların tarixin gizlin səhifələrinə işıq saldığını, tarixdə iz qoyub gedən xaqanların və sərkərdələrin, alimlərin  dəfn olunduğu yerləri ziyarət etməyin çox böyük savab olduğunu da diqqətə çatdırdılar. Belə tədqiqatların aparılmasının türk xalqlarının birləşməsində, daha da mehriban olmasında xüsusi rol oynadığını deyiblər.

Konfransda çıxış edən araşdırmaçı jurnalist Aida Eyvazlı   Beynəlxalq Türk Akademiyasında mühüm  ideyaların və layihələrin gerçəkləşdiyini, buna layihələr üzərindən Türk dünyasın yeni körpülər salındığını, yollar açıldığını söylədi. Arzusunda olduğumuz Birliyin  əbədi olması üçün elmimizi, bilgilərimizi genişləndirməyimizin əhəmiyyətindən danışıb.  Eyniz amanda  konfransda iştirak edən alimlərə, jurnalistlərə və ziyalılara müraciət edərək, Türk dünyasının baş tacında ən parlaq ulduzlardan biri olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubileyiniun keçirilməsində Azərbaycan Parlament Jurnalistlər Birliyinin irəli Sürdüyü “AXC-100” layihəsində iştirak etməyə çağırıb:

“Mən üzümü sizə tutub demək istəyirəm ki, türk dünyasının bu şərəfli tarixində izi olan insanlar Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseuynzadə, Əlimərdan bəy Topçubaşov,  Xosrov bəy Sultanov, Fətəli xan Xoyski, Səməd bəy Mehmandarov və digərləri haqqında, həmin şanlı tarix haqqında  təhqiat və axtarışlar aparsanız, öz dərgilərinizdə və qəzetlərinzdə çap etsəniz, bu ümumi işimizin xeyrinə olar.  Mən çox istəyərdim ki, buradakı qonaqlar və həmkarlarım Türk tarixinin qızıl səhifəsi olan Azərbaycan Xalq cümhuriyyəti haqqında tarixi, ədəbi məqalələri, sənədləri  işlədiyiniz redaksiyalarda, çap edib çoxaldın, həm də mənə  həmin məqalə və sənədləri göndərin. Həmin yazıları həm siz, həm də biz dərc edərək, mübadilə edəcəyik. Bu çanlı tarixi əbədiləşdirmək də qoy sizin də imzanız imzalar içərisində olsun. Bizim layihəyə əsasən 100 illiklə əlaqədar 100 məqalə çap olunacaq.  Cümhuriyyətimizin 100 illiyi münasibəti ilə  ən yaxşı yazı müəllifləri Azərbaycanda yubiley tədbirlərinə dəvət alacaq və mükafatlandırılacaqlar.

Məqsədimiz Cümhuriyyətlə bağlı yazıların təqdimatının gerçəkləşməsini təmin etməkdir. Düşünürəm ki, türk dünyasının  jurnalistləri, tədqiqatçıları  olaraq biz  birlikdə  üzərimizə düşən missiyanı yerinə yetirməliyik. Bununla da Azərbaycan həqiqətlərini bir daha dünyaya çatdırmış olacağıq”.

Təntətənli tədbirin sonunda TWESCO-nun prezidenti Darxan Kıdıralı beynəlxalq ekspedisiyanın iştirakçılarına təşəkkürünü bildirdi.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!