Modern.az

Deputat məsələ qaldırdı: “Stüardessalar pensiyaya tez çıxmalıdır”  

Deputat məsələ qaldırdı: “Stüardessalar pensiyaya tez çıxmalıdır”   

19 Sentyabr 2017, 16:01

Azərbaycanda fəaliyyət göstərən stüardessalara güzəştli sosial sığorta haqlarının verilməsi təklif olunub.

 

Modern.az xəbər verir ki, bu təkliflə deputat Musa Quliyev çıxış edib. O bildirib ki, mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətinin əksər üzvlərinə sosial sığorta ilə bağlı güzəştlər edilib.

 

“Bu güzəştlər həm staj, həm sığorta faizi, həm də pensiyaların məbləği ilə bağlıdır. Çünki onların iş rejimi çətindir. Lakin bu güzəştlər təyyarə bələdçilərinə, yəni stüardessalara aid edilməyib”.

 

Məsələnin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırıldığını diqqətə çatdıran parlament üzvü qeyd edib ki, bununla bağlı Əmək Məcəlləsinə və “Pensiya haqqında” qanuna müəyyən əlavələr edilməlidir:

 

 “Stüardessanın işi o qədər də asan deyil. Onların da haqqı var ki, pensiyaya daha tez çıxsınlar və güzəştli sosial sığorta haqları onlara da tətbiq olunsun”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir