Modern.az

“Rafiq müəllim ölümü adladı”- Diktorun həyat yoldaşı

“Rafiq müəllim ölümü adladı”- Diktorun həyat yoldaşı

19 Sentyabr 2017, 16:43

“Rafiq müəllim hazırda kritik vəziyyətdən çıxıb. Hər halda, həkimlər belə deyir. Həmin kritik mərhələni adladı. İndi də həkimlər deyirlər ki, o, gərək, bir az da özünə gəlsin. Yavaş-yavaş yeriməyə və yeməyə başlasın”.

Bunu Modern.az-a bir neçə gün bundan əvvəl Türkiyədə yenidən əməliyyat olunan Xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova bildirib.

Bir neçə ildir ki, onkoloji problemdən əziyyət çəkən diktor bağırsaq və ayaq nayihələrində də problem yaşayır. Elə sonuncu əməliyyatları da bağırsağında aparılıb.

Hazırda diktor reanimassiya vəziyyətindən çıxıb. Amma hələlik, həkimlər tanınmış diktorun vətənə qayıtmasına icazə vermirlər.

 

“Hələ də çox zəifdi. İndi görək, həkimlər nə deyirlər. Əgər icazə versələr, istəyirik ki, Bakıya qayıdaq və müalicəni orada davam etdirək. Bu günə qədər Bakıya qayıtmasına icazə verməyiblər. Bu gündən sonra icazə verib-verməyəcəklərini bilmirik. Amma əlbəttə ki, 10-15 gün bundan qabaqkı kritik durumu arxada qoyub. O zaman çox pis idi. Demək olar ki, ölümlə uğraşırdı. Amma indi addımladı, o mərhələni arxada qoydu”.

 

N.Nihad   

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır