Modern.az

\"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı - FOTOLAR

\

19 Sentyabr 2017, 17:05

Hər il olduğu kimi, bu il də Belçikanın Ham şəhərində müxtəlif xalqların öz mədəniyyətlərinin təqdim edilməsi mərasimində Belçika-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan bayrağı altında milli dəyərlərimizi avropalılara təqdim edib. Qeyd edək ki, möhtəşəm tədbir bu yaxınlarda Ham şəhərində "Qarabağ atı“na qoyulan abidənin yanında keçirilib.

Bu barədə məlumatı Modern.az-a diaspor hərəkatının fəalı Elnur Eltürk verib.

"Təşkilatın sədri Ayhan Dəmirçi illərdir ki, Belçikada Azərbaycanın təbliğatı ilə məşğuldur. Altıncı dəfədir ki, Azərbaycan icması tədbirdə ölkəmizi təmsil edir. İki stantla qatılan Belçika-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı flamand dilində hazırlanan 1200 kitabı tədbir iştirakçılarına təqdim edib. Qonaqlar milli mətbəximizin təamlarının dadına baxıblar. Plov, dolma kimi milli yeməklərimizin tamı qonaqların çox xoşuna gəlib. Azərbaycanın turizmi ilə bağlı videoslayd göstərilib. CD, broşür, milli geyimlərimiz və aksesuarlar iştirakçılara təqdim edlib. Ham şəhər bələdiyysəinin sədri Dirk De Vis, siyasilər və bələdiyyə üzvləri standlarımızla tanış olublar. Onlar Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin yüksək fəaliyyətinə görə, öz məmnunluqlarını bildiriblər.
Ayhan Dəmirçi göstərdikləri dəstəyə görə bələdiyyə sədrinə, heyət üzvlərinə, Uyum Məclisi-Integratieraad başqanı və bölgə sorumlusu Daisy Zaenen, Yasəmən Soysal, Məryəm Demircan və cəmiyyətin üzvlərinə öz təşəkkürünü çatdırıb“.

//www.youtube.com/watch?v=v5PHGTeYqeE&feature=youtu.be
//www.youtube.com/watch?v=IwVm-Ql_Ckw&feature=youtu.be

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...