Modern.az

Cəbhə bölgəsində hərbi hissə açıldı - FOTOLAR

Cəbhə bölgəsində hərbi hissə açıldı - FOTOLAR

19 Sentyabr 2017, 17:07

Azərbaycan  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.


Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışını ediblər.

 

Müdafiə Nazirliyinin rəhbərliyi istifadəyə verilən yeni qərargah, əsgər yataqxanaları, tədris kompleksi, sıra meydanı, tibb məntəqəsi, idman şəhərciyi, eləcə də digər xidməti və inzibati obyektlər ilə tanış olaraq müvafiq tapşırıqlar verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır