Modern.az

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib

19 Sentyabr 2017, 20:17

Bu gün Bakı şəhərindəki 23 nömrəli tam orta məktəbdə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyi  ilə Çin Xalq Respublikasının İqtisadi Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzi arasında İKT avadanlıqlarının təhvil verilməsi barədə aktın imzalanma mərasimi keçirilib. Modern.az xəbər verir ki, sənədi təhsil naziri kənd təsərrüfatı naziri Heydər Əsədov,  Mikayıl Cabbarov və Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinxua imzalayıb.

Nazir Mikayıl Cabbarov bildirib ki, bu gün Azərbaycan və Çin arasında uzun tarixə malik olan əməkdaşlıq inkişaf edir. Onun sözlərinə görə, 2016-cı ilin dekabr ayında bağlanmış müqaviləyə əsasən Çin Xalq Respublikası hökumətinin texniki yardımı hesabına tədris prosesində istifadə olunması məqsədilə Təhsil və Kənd Təsərrüfatı nazirliklərinə 21 min ədəd noutbuk, elektron lövhə, proyektor, printer və digər İKT avadanlıqları təqdim edilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov isə qeyd edib ki, bu tədbir iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin məntiqi nəticələrindən biridir: Bu günlərdə layihə çərçivəsində ADAU-ya 800-dən artıq İKT avadanlıqları təhvil verilib. “İKT avadanlıqlarının verilməsi təkcə münasibətlərin inkişafı üçün deyil, eyni zamanda aqrar sahədə, təhsil sistemində bilik və bacarıqların artıırılmasında, institutlarda elmi-tədqiqat işlərinin gücləndirilməsində, eləcə də informasiya-məsləhət xidmətinin genişləndirilməsində müstəsna rol oynayacaq” - deyə nazir əlavə edib. 

Nazir Heydər Əsədov bu gün mövcud sahədə əsas məsələlərin ixrac potensialının artırılması olduğunu bildirərək ixracı artırmaq üçün böyük imkanların olduğunu və Çinə yun, meyvə, şərab məhsullarının ixrac olunmasının mümkünlüyünü bildirib. Nazir diqqətə çatdırıb ki, bundan sonrakı danışıqlarda əsasən bu məsələlər yer tutacaq.

Çinin Azərbaycandakı səfiri Vey Cinxua Azərbaycanla bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığa hazır olduqlarını söyləyib. Səfir Gəncə şəhərinə səfəri və ADAU-da İKT avadanlıqlarının təhvil verilməsi mərasimindən söhbət açmış, bu təhsil ocağından xoş təəssüratlarla qayıtdığını vurğulayıb.  Səfirin sözlərinə görə, təhsil sahəsinə yatırılan investisiya heç zaman itmir.

Nazirlər Kabinetinin şöbə müdiri Nail Fətəliyev isə deyib ki, bu gün ölkənin təhsil sahəsində kifayət qədər bilik və bacarığa malik olan gənclər hazırlanır. O bildirib ki, yaxın zamanlarda peşə təhsili üzrə müasir avadanlıqların ölkəyə gətirilməsi və təhsil müəssisələrinə verilməsi həyata keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...