Modern.az

"Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq" - Tramp

"Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq" - Tramp

19 Sentyabr 2017, 20:48

"Hazırda da "raket adam" ( Kim Çen In ) öz rejimi və özü üçün sui-qəsd hazırlayır. ABŞ-ın çox səbri var,  güclüdür, ancaq bizim özümüzü, ya da mütəffiqlərimizi müdafiə etməyə məcbur qoyarlarsa, Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq. ABŞ hazırdır, hətta buna qadirdir, amma ümid edirik ki, buna ehtiyac qalmayacaq. Artıq Şimali Koreyanın nüvəsizləşdirmədən başqa bir əlacının qalmadığını dərk etmək vaxtı çatıb". Modern.az xəbər verir ki, bu fikirləri  BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən ABŞ prezidenti Donald Tramp bildirib.

Donald Tramp Rəsmi Pxenyana qarşı daha geniş tədbirlər görülməsinin vacibliyini qeyd edib: "Çin və Rusiyaya sanksiyalarda dəstəyə görə təşəkkür edirəm. Amma bunu daha da genişləndirmək lazımdır. Bütün dövlətlərin birgə fəaliyyət göstərməsinin zamanı yetişib. Düşmən davranışları dayandırılanadək Kim Çen In rejimini sıxışdırmalı və təcrid etməliyik”.

 ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasını yenə tənqid edib: "İran sülhü pozan dağıdıcı davranışlarını davam etdirir. Beynəlxalq ictimaiyyət onu dayandırmalıdır. Çünki İrandakı rejim demokratiya arxasında gizlənən korrupsiyalaşmış diktaturadır".

Daha sonra Kuba ilə münasibətlərə toxunan Tramp  bildirib ki, hakimiyyət orqanları lazımi islahatları həyata keçirməyənədək ABŞ bu ölkəyə qarşı sanksiyaları aradan qaldırmayacaq: "ABŞ, Kubadakı sabitliyi pozan rejimə qarşıdır və kubalıların azad yaşamaq xəyalını dəstəkləyir. Ancaq Kubada köklü islahatlar aparılanadək  sanksiyaları götürməyəcəyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi