Modern.az

Salyanda qəzada ölənlərin hamısı eyni şirkətin işçiləridir  - Yenilənib, VİDEO

Salyanda qəzada ölənlərin hamısı eyni şirkətin işçiləridir  - Yenilənib, VİDEO

20 Sentyabr 2017, 00:48

Ələt-Astara avtomobil yolunda qəzada həlak olan hər 4 qadın Salyan rayon sakinidir. Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, onlar Ələt-Astara avtomobil yolunu çəkən "EVRASCON" şirkətinin düşərgəsindəki yeməkxanada aşpaz işləyirlərmiş.

 

Onların mindiyi maşını sürən 27 yaşlı Saatlı rayon sakini Hüseynov Babək Xanəhməd oğlu isə "EVRASCON" şirkətində fəhlə kimi çalışırmış. O hazırda ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

23:57

 

Fövqəladə Hallar Nazirliyi Ələt-Astara yolunda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb. Modern.az FHN-nin saytına istinadən xəbər verir ki,  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində “VAZ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini “VAZ” markalı minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

22:59

 

Salyanda ağır yol qəzası zamanı ölən 4 qadının hamısının şəxsiyyəti məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, bunlar soyadları və təvəllüdləri hələ ki, məlum olmayan Vəfa, Gilas, Arzu və Sevincdir. Onların meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə təhvil verilib.

 

22:28

 

Xəsarət alanlardan iki nəfərin kimliyi bəlli olub. Modern.az APA-ya istinadən xəbər verir ki, Salyan xəstəxanasına yerləşdirilən yaralılar “Mercedes”in sərnişini  Cəlilabad sakini 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu və “VAZ 2106” markalı avtomobilin sərnişini Sabirabad sakini 27 yaşlı Hüseynov Babək Xanəhməd oğludur.

 

21:52

 

Yeni inşa olunan Ələt-Astara avtomobil yolunda  "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib. 

 

Məlumata görə, hadisə yeni inşa olunan magıstral yolun istismara verilməyən hissəsində baş verib. 

 

Hadisənin təfərrüatları, ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır