Modern.az

Yevlaxda təmizlik işçilərini daşıyan avtobus aşdı

Yevlaxda təmizlik işçilərini daşıyan avtobus aşdı

Aktual

19 Sentyabr 2017, 23:27

Yevlax şəhərində avtobus ilə minik maşını toqquşub. Modern.az "Report"a istinadən xəbər verir ki, qəza Yevlax şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (MKTB) məxsus avtobusun "Mazda" markalı avtomobillə toqquşması nəticəsində qeydə alınıb.

Nəticədə "Mazda"nın 1984-cü il təvəllüdlü sürücüsü Fuad Zahid oğlu Rəhimov və avtobusun sürücüsü xəsarət alıb.

Hadisə zamanı avtobusda MKTB-də çalışan 10-a yaxın xadimə olub.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Hər iki yaralının vəziyyəti normaldır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı