Modern.az

Paytaxta köçən 4 uşaq təhsil ala bilmir - VİDEO

Paytaxta köçən 4 uşaq təhsil ala bilmir - VİDEO

20 Sentyabr 2017, 00:23

Rayondan köçərək Bakıya gələn ailə uşaqlarını oxutmaq üçün məktəb tapa bilmir. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Samirə Salmanova bir müddət əvvəl övladının xəstəliyi ilə əlaqədər paytaxta köçüb.

Bir neçə məktəbə müraciət edən qadın hamısından "yox" cavabı aldığını deyir. İndi hər biri məktəbli olan 4 uşağın oxuması üçün məktəb tapılmır.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, uşaqların hansısa məktəbə yerləşdirilməsi ilə bağlı idarəyə heç bir müraciət daxil olmayıb. Uşaqların hər hansı bir məktəbə yerləşdirilməsi üçün mütləq idarəyə müraciət edilməlidir. Bundan sonra məsələ araşdırılacaq və uşaqlar ən uyğun məktəbdə təhsil alacaqlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...