Modern.az

Biləsuvarda ağır yol qəzası - 4 ölü, 1 yaralı

Biləsuvarda ağır yol qəzası - 4 ölü, 1 yaralı

20 Sentyabr 2017, 08:29

Biləsuvarda ağır qəza baş verib, ölən və yaralananlar var. Modern.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

 

Hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili və "KamAZ" markalı yük maşınının toqquşub.
 

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ötmə manevri edərkən əks hərəkət zolağına çıxıb, lakin idarəetməni itirərək yol kənarında duran "KamAZ" markalı yük maşınına çırpılıb.    

 

Hadisə yerinə Biləsuvar və Salyan rayonlarının təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılıb. Ölən şəxslərin Lənkəran sakinləri olduğu bildirilir. 

 

Ölən və xəsarət alan şəxslərin kimliyi və qəzanın digər  təfərrüatları müəyyənləşdirilir.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi