13 dekabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - MEDİA - Mehman Əliyev: “İstəyirlərsə, gedib təzədən türmədə oturum...”
Mehman Əliyev: “İstəyirlərsə, gedib təzədən türmədə oturum...”
20.09.2017, 09:09

“Turan” agentliyinin direktoru Mehman Əliyevin azadlığa çıxmasından bir həftə ötsə də, bu müddət ərzində onunla bağlı bir-birindən fərqli, ziddiyyətli xəbərlər açıqlanıb. İlk olaraq “Turan” İA-nın heç bir vergi borcu olmadığı, ittihamın isə qüvvədən düşdüyü xəbəri yayıldı. Ardınca bank hesablarından həbs götürüldüyü məlum oldu. Son olaraq sentyabrın 19-da prokurorluq “Turan”la bağlı cinayət işi istintaqının davam etdirildiyini açıqladı.

 

“Yeni Müsavat” M.Əliyevlə söhbətində bu məqamlara aydınlıq gətirməyə çalışıb. O, son bir həftədə yayılan xəbərlərə münasibət bildirib.

 

- Bütövlükdə vəziyyət anormaldır.  Ona görə nəsə deməyə çətinlik çəkirəm.

 

- Amma hesabınızdan həbs götürülüb...

 

- Ayın 11-də qərar oldu ki, bizim borcumuz yoxdur. O zaman hesablarımızın üzərindən həbs götürülmüşdü. İndi mən bilmirəm ki, yenidən hesabımıza həbs qoyulub, ya yox. Amma sonuncu dəfə dünən yoxlamışdıq. Həmin vaxt hesabımızda həbs yox idi.

 

-Prokurorluğun yaydığı son məlumatdan xəbəriniz var?

 

- Bəli, Tapdıq Fərhadoğlu bayaq zəng edib dedi ki, prokurorluq bəzi KİV-lərdə bizimlə bağlı yayılan informasiyaların həqiqəti əks etdirmədiyini bildirib. Cinayət işinin davam etdirilməsi və agentlik haqda hər hansı məhdudiyyət tədbirlərinin keçirilmədiyi də məlumatda yer alıb.

 

- Məlumatda bildirilir ki, hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək. Bu, nə məna daşıyır? Bir neçə gün əvvəl borcunuzun olmaması barədə məlumat yayıldı. İndi isə araşdırmanın davam etdirildiyi iddia olunur. Nə baş verir?

 

- Mən əvvəldən demişdim ki, bu həbs vergi məsələsi ilə bağlı deyildi, siyasi idi. Məqsəd də “Turan”ın fəaliyyətini dondurmağa yönəlmişdi. Buna da faktiki nail olublar. Proseslər də onu göstərir ki, bunun arxasında dayanan hansısa qüvvələr “Turan”ın fəaliyyətə başlamamasına çalışırlar.

 

- Hazırda bank hesablarınızın üzərindən həbs götürülüb. Bu baxımdan, “Turan”ın yenidən fəaliyyətə başlaması üçün imkan da yaranmış sayılır. Hər hansı planınız varmı?

 

- Əgər yenidən qərar verilirsə ki, “Turan” borcludur və mənə zəng vuraraq, “borcu nə zaman qaytaracaqsız” deyə soruşurlarsa, demək, məsələ başqadır. Yəni hesabımıza hər hansı vəsait daxil olan kimi silinəcək, biz də işləyə bilməyəcəyik. Birincisi, mənim vergidən yayınmağımın sübutu yoxdur. Bu sübutu ortalığa qoymayıblar. Göstərməyiblər ki, sən vergidən bu qədər yayınmısan. Necə olur ki, mənim vergidən yayındığımı deyirlər, amma bu 3 il müddətlə bağlı ortaya bir sübut da qoya bilmirlər? Bu, normaldır? Vəziyyət anormaldır. Ona görə də belə bir vəziyyətdə agentliyin yenidən fəaliyyəti barədə nəsə demək mümkünsüzdür.

 

- Həbsdən çıxandan sonra hansısa hökumət yetkilisi ilə danışığınız olubmu?

 

- Xeyr, olmayıb.

 

- O halda öncə sizin qarşınıza qoyulan, sonra aradan qaldırılan, ardınca yenidən qoyulan əngəllər... nəyin göstəricisidir? Məqsəd sizi azadlığa buraxsalar da, “Turan”ı heç bir formada dirçəlməyə qoymamaqdır?

 

- Deyirsiz ki, həbsdən çıxandan sonra zəng edib sizdən vergi borcunuzu ödəməyi tələb ediblər...

 

- İnanın ki, mən də bilmirəm. Mənim də çoxlu sayda suallarım var. Əslində bu, faktdır. Fakt da budur ki, biz fəaliyyət göstərə bilmirik.

 

- Tələb ediblər e... Amma ortaya fakt qoymurlar. Mənim qabağıma bir-bir arqumentlər, faktlar qoymalıdılar, mən də onlara bir-bir cavab verməliyəm. Boşluq yarananda da soruşmalıdılar ki, burda boşluq var, bunun izahatı necədir? Axı bizdə bu prosedur yox idi. Hər zaman sualları olub, biz də ona cavab vermişik. Qayda budur. Sualın cavabı qane etməyəndə isə təkrar araşdırma aparılıb. Amma bu dəfə bu, bizim aramızda olmayıb. Bu ilin may ayında 2016-cı il üçün bizə 3 min manat vergi cəriməsi yazdılar. Biz də onlara dedik ki, sənədimiz var, borcumuz yoxdur. Bizə dedilər ki, onlara baxmağa vaxtımız yoxdur. Nazirə məktub yazdıq. Başqa bir departament yenidən araşdırdı və məlum oldu ki, bizim 3 min-5 min, heç bir borcumuz yoxdur. İndi yenidən götürüb 9 min manat borc yazırlar. Kimsə başa düşə bilərmi ki, nə baş verir?

 

- Mehman bəy, bəlkə sizinlə bağlı “yuxarı”da konkret qərar verilməyib? Yəni azadlığa çıxmanız barədə qərar verilib, amma bundan sonrakı fəaliyyətiniz...

 

- Bilmirəm, bu, onların problemidir. Kim nə qərar verir, vermir. İstəyirlər, gedim təzədən türmədə oturum. Mənim üçün problem deyil, başa düşürsüz? Onlar özləri üçün aydınlaşdırsınlar ki, nə istəyirlər. Zəhmət olmasa, bunu da cəmiyyətə açıqlasınlar, hamı da bilsin.

 

- Bu arada kollektiviniz nə edir? Dağılıblar, yeni iş yeri tapıblar, ya “Turan”ın açılacağı günü gözləyirlər?

 

- Dağılmayıb. Amma onlar da nə baş verdiyini bilmirlər. Oturub gözləyirlər.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Erməni girovluğundakı azərbaycanlılardan yeni xəbər var   
13.12.2017, 15:20

Erməni girovluğundakı azərbaycanlılardan yeni xəbər var  

“MüasirAzərbaycan ədəbiyyatı” Bolqarıstanda nəşr olundu
13.12.2017, 15:17

“MüasirAzərbaycan ədəbiyyatı” Bolqarıstanda nəşr olundu

Silahlı Qüvvələr təyinatı ilə bağlı olmayan vəzifələrin də icrasına cəlb ediləcək   
13.12.2017, 15:17

Silahlı Qüvvələr təyinatı ilə bağlı olmayan vəzifələrin də icrasına cəlb ediləcək  

Silahlı Qüvvələrdə toxunulmaz ehtiyat yaradılır   
13.12.2017, 15:12

Silahlı Qüvvələrdə toxunulmaz ehtiyat yaradılır  

Bakıda Milli Qəhrəmana xatirə lövhəsi qoyuldu
13.12.2017, 15:11

Bakıda Milli Qəhrəmana xatirə lövhəsi qoyuldu

Fədayə Laçınla bağlı apellyasiya şikayəti veriləcək
13.12.2017, 15:10

Fədayə Laçınla bağlı apellyasiya şikayəti veriləcək

Şıxlinskinin Cümhuriyyət müdafiə naziri təyinatına etirazı - “Hökumət iradlarıma baxmadı”
13.12.2017, 14:54

Şıxlinskinin Cümhuriyyət müdafiə naziri təyinatına etirazı - “Hökumət iradlarıma baxmadı”

Ruhani yenə Amerikanı ittiham etdi
13.12.2017, 14:53

Ruhani yenə Amerikanı ittiham etdi

Tillerson:
13.12.2017, 14:48

Tillerson: "ABŞ xam neftin ixracı ilə bağlı qaydaları yumşaldır"

Arif Rəhimzadə təkzib etdi: “O vəzifəyə qoyulan şəxs mənim oğlum deyil”
13.12.2017, 14:39

Arif Rəhimzadə təkzib etdi: “O vəzifəyə qoyulan şəxs mənim oğlum deyil”

NATO Baş katibinin müavini Ermənistana gələcək
13.12.2017, 14:36

NATO Baş katibinin müavini Ermənistana gələcək

Fələstin İsraillə bütün sazişləri ləğv etdi
13.12.2017, 14:22

Fələstin İsraillə bütün sazişləri ləğv etdi

Əbülfəs Qarayev Türkiyə səfiri ilə GÖRÜŞDÜ
13.12.2017, 14:09

Əbülfəs Qarayev Türkiyə səfiri ilə GÖRÜŞDÜ

Putinlə Ərdoğan arasında Qüdslə bağlı fikir ayrılığı var
13.12.2017, 14:04

Putinlə Ərdoğan arasında Qüdslə bağlı fikir ayrılığı var

Azərbaycan-Ermənistan sərhədindəki monitorinq insidentsiz başa çatdı
13.12.2017, 13:59

Azərbaycan-Ermənistan sərhədindəki monitorinq insidentsiz başa çatdı

Azərbaycanda əhali pulu ən çox bu mallara xərcləyir - SİYAHI   
13.12.2017, 13:57

Azərbaycanda əhali pulu ən çox bu mallara xərcləyir - SİYAHI  

Mahmud Abbas: “ABŞ bundan sonra vasitəçi kimi çıxış edə bilməyəcək”
13.12.2017, 13:43

Mahmud Abbas: “ABŞ bundan sonra vasitəçi kimi çıxış edə bilməyəcək”

Səhiyyə Nazirliyi bu dərmanı almamağa çağırdı - SAXTADIR
13.12.2017, 13:39

Səhiyyə Nazirliyi bu dərmanı almamağa çağırdı - SAXTADIR

Umud Mirzəyev BMT-nin Nyu Yorkdakı baş qərargahında – FOTOLAR  
13.12.2017, 13:31

Umud Mirzəyev BMT-nin Nyu Yorkdakı baş qərargahında – FOTOLAR  

Trampın müşavirindən Rusiya və Çinə ittiham
13.12.2017, 13:30

Trampın müşavirindən Rusiya və Çinə ittiham

Ərdoğan dünyanı Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı
13.12.2017, 13:01

Ərdoğan dünyanı Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı

Deputat “vurulan” nazirin kadrlarından DANIŞDI   
13.12.2017, 12:55

Deputat “vurulan” nazirin kadrlarından DANIŞDI  

Fədayə Laçın ev dustaqlığına buraxılmadı - YENİLƏNİB   
13.12.2017, 12:45

Fədayə Laçın ev dustaqlığına buraxılmadı - YENİLƏNİB  

Sabahın havası – Bakıda külək əsəcək
13.12.2017, 12:39

Sabahın havası – Bakıda külək əsəcək

   Bakcell-in stendi “BakuTel-2017” sərgisinin ən orijinalı seçildi
13.12.2017, 12:33

  Bakcell-in stendi “BakuTel-2017” sərgisinin ən orijinalı seçildi

Azərbaycanda meyitdən xəstələrə orqanlar köçürüləcək - RƏSMİ   
13.12.2017, 12:23

Azərbaycanda meyitdən xəstələrə orqanlar köçürüləcək - RƏSMİ  

“ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyi qeyd olunacaq
13.12.2017, 12:20

“ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyi qeyd olunacaq

Maşın bazarında qiymətlər qalxacaq...
13.12.2017, 12:14

Maşın bazarında qiymətlər qalxacaq...

İlham Əliyev Qüdslə bağlı Zirvə toplantısında
13.12.2017, 12:06

İlham Əliyev Qüdslə bağlı Zirvə toplantısında

Ural Federal Universitetinin professoru ADU-da mühazirə oxuyub
13.12.2017, 11:58

Ural Federal Universitetinin professoru ADU-da mühazirə oxuyub

Azərbaycanda birdən-birə varlanan adamın ŞOK CİNAYƏTLƏRİ - FAKTLAR
13.12.2017, 11:52

Azərbaycanda birdən-birə varlanan adamın ŞOK CİNAYƏTLƏRİ - FAKTLAR

Deputat Almaniyada qadınlara çağırış etdi
13.12.2017, 11:43

Deputat Almaniyada qadınlara çağırış etdi

Artur Rasizadənin köməkçilərinin sayı 7-dən 3-ə endirildi
13.12.2017, 11:39

Artur Rasizadənin köməkçilərinin sayı 7-dən 3-ə endirildi

Kamran İmanov beynəlxalq konfransda Ermənistanı biabır etdi
13.12.2017, 11:30

Kamran İmanov beynəlxalq konfransda Ermənistanı biabır etdi

Üzeyir Hacıbəylinin “Biz hamımız qafqazlı balalarıyıq” ÇAĞIRIŞI  
13.12.2017, 11:24

Üzeyir Hacıbəylinin “Biz hamımız qafqazlı balalarıyıq” ÇAĞIRIŞI  

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0%)
Araz Ağalarov (0.95%)
Mübariz Mənsimov (15.0%)
Fərhad Əhmədov(0.23%)
Füzuli Məmmədov(74.4%)
Telman İsmayılov (0.71%)
İsgəndər Xəlilov(0.23%)
Vaqif Məmişov(0%)
Heç biri(5.74%)
Digərləri(2.63%)