Modern.az

Milli Məclis qanunların hazırlanmasına QHT-ləri də cəlb edəcək

Milli Məclis qanunların hazırlanmasına QHT-ləri də cəlb edəcək

17 Noyabr 2009, 18:08

Milli Məclisin Sosial siyasət komitəsi qanunların hazırlanması prosesində QHT-lərlə əməkdaşlıq edəcək. 

Modern.az xəbər verir ki, Sosial siyasət komitəsinin noyabrın 17-də keçirilən iclasında QHT-lərin sosial qanunvericilik prosesinə cəlb olunması məsələsi müzakirə olunub və təsdiqlənib.

Komitənin sədri Hadı Rəcəbli bildirib ki, müxtəlif sahələr üzrə qanunlar hazırlananda bu prosesə həmin sahə üzrə ixtisaslaşmış QHT-ləri də cəlb edəcəklər. Onun sözlərinə görə, bu iş ictimai əsaslarla həyata keçiriləcək: “Azərbaycanda ilk dəfədir ki, belə bir istiqamətdə əməkdaşlıq qurulur. Biz istəyirik ki, hazırladığımız qanunlar daha çox ictimaiyyətin maraqlarına, sosial sifarişə cavab versin, camaat nə istəyir onu edək. Qanun insanların istəyini yerinə yetirməlidir”.

 

Milli QHT Şurasının sədri, deputat Azay Quliyev QHT-lərin Milli Məclisdə qanunların hazırlanması prosesinə cəlb olunmasnın yüksək qiymətləndirib. Onun fikrincə, işçi qruplar yaratmaq, hazırlanacaq qanunlarla bağlı məlumatı Milli Məclisin saytında yerləşdirmək və ekspertləri bu prosesə cəlb etmək və Milli QHT Şurası vasitəsilə işləri koordinasiya etmək mümkündür. 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?