17 dekabr 2017, Bazar
Ana Səhifə - GÜNDƏM - Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə Qarabağla bağlı çağırış etdi
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə Qarabağla bağlı çağırış etdi
20.09.2017, 10:02

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Məclisinin 72-ci sessiyasında iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupun iclası keçirilib. 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda Azərbaycan adından çıxış xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən təqdim olunub. Həmçinin, İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupa daxil olan digər üzv dövlətlərin nümayəndələri və İƏT-in Baş katibliyinin rəsmiləri çıxış ediblər. Kontakt qrupun ikinci iclasının hesabatı nəzərə alınması və tədbirlər görülməsi üçün İƏT xarici işlər nazirlərinin koordinasiya iclasının gündəliyinə daxil ediləcək və üzv dövlətlərə təqdim olunacaq.

Kontakt qrupun ikinci iclasında Azərbaycan Respublikası tərəfindən təqdim olunan çıxışda Kontakt qrupunun sonuncu görüşündən sonra Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyətin nəinki dəyişməz qaldığı, hətta cəbhə xəttində toqquşmaların intensivləşdiyi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürməsi hallarının daha da artdığı qeyd olunub.

Bu il Ermənistan qoşunları tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilən vəhşilik cinayətlərinin iyirmi beşinci ildönümünü olduğu xatırladılaraq, İƏT-in bütün üzv dövlətlərinə Abican şəhərində İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 44-cü  sessiyasında qəbul edilmiş "1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik" başlıqlı qətnaməni dəstəklədikləri üçün minnətdarlıq ifadə olunub. Həmçinin, İƏT-ə üzv dövlətlərinə Xocalı şəhəri və digər işğal olunmuş Azərbaycan ərazilərində törədilmiş müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırım hallarının milli və beynəlxalq səviyyədə tanınması üçün səy göstərməyə çağırış edilib.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin əsas tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyi qeyd olunaraq 20 ildən artıq müddət ərzində ATƏT-in Minsk Qrupu tərəfindən aparılan vasitəçilik səylərinin hələ nəticə vermədiyi vurğulanıb. Toplantı iştirakçılarına bu ilin iyul 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin hədəflənmiş şəkildə və qəsdən atəşə tutması nəticəsində biri uşaq olmaqla, iki mülki şəxsin həlak olması, bir nəfərin isə ağır yaralandığı barədə məlumat verilib. 

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı İƏT-in müvafiq qətnamə və qərarlarının tələblərini rəhbər tutaraq, bütün üzv dövlətlərə münaqişəni gücləndirəcək və Ermənistanı Azərbaycan torpaqlarının işğalının davamına şərait yaradacaq hər hansı bir silah və hərbi avadanlıqla təchiz etməkdən çəkinməyə və bu cür avadanlıqların daşınması üçün öz ərazilərindən tranzit məqsədilə istifadə edilməsinə imkan verməməyə çağırış edilib.

Həmçinin, İƏT qətnamələrinin tələblərinə uyğun olaraq üzv dövlətlərin Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasına dəstək vermək üçün lazımi siyasi-iqtisadi tədbirlər həyata keçirilməli, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətlərdən kənar durmalı olduqları, Ermənistanla bütün növ əməkdaşlığı məhdudlaşdırmalı olduqları vurğulanıb.

Bildirilib ki, ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən qanunsuz istifadə və Azərbaycan ərazilərinin işğalının qəti pislənilməsinə dair İƏT-in ədalətli və prinsipial mövqeyi əsasında İslam Ümmətinin davamlı həmrəyliyinə güvənir. 


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rəsulzadəni qınadığı üçün sonralar ondan üzr istəyən nazir oğlu- Tarixi sənəd
17.12.2017, 01:14

Rəsulzadəni qınadığı üçün sonralar ondan üzr istəyən nazir oğlu- Tarixi sənəd

“Qoçu” ifadəsinin maraqlı yaranma tarixçəsi- Köhnə Bakı xatirələri
17.12.2017, 00:35

“Qoçu” ifadəsinin maraqlı yaranma tarixçəsi- Köhnə Bakı xatirələri

17.12.2017, 00:16

"Real Madrid" 3-cü dəfə qalib oldu

Fransada məscid bağlandı
16.12.2017, 23:57

Fransada məscid bağlandı

Saakaşvilidən Poroşenkoya barışıq təklifi
16.12.2017, 23:41

Saakaşvilidən Poroşenkoya barışıq təklifi

Bakıda bahalı qırqovul əti
16.12.2017, 23:23

Bakıda bahalı qırqovul əti

Azərbaycanda qeyri-adi toy - Video
16.12.2017, 23:11

Azərbaycanda qeyri-adi toy - Video

“Qarabağ”ın futbolçusu evləndi - Foto
16.12.2017, 23:05

“Qarabağ”ın futbolçusu evləndi - Foto

Şəki sakini gənc qonşusunun qanını tökdü
16.12.2017, 22:58

Şəki sakini gənc qonşusunun qanını tökdü

Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq
16.12.2017, 22:46

Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq

Bitkoinin qiyməti 19 min dolları ötüb
16.12.2017, 22:33

Bitkoinin qiyməti 19 min dolları ötüb

Tanınmış jurnalistə ağır itki
16.12.2017, 22:20

Tanınmış jurnalistə ağır itki

Dünyada agılasığmaz evlilik ADƏTLƏRİ
16.12.2017, 22:10

Dünyada agılasığmaz evlilik ADƏTLƏRİ

Əfqanıstanda 16 terrorçu məhv edildi
16.12.2017, 21:51

Əfqanıstanda 16 terrorçu məhv edildi

Uzunömürlülərdən çox da uzun olmayan 10 MƏSLƏHƏT
16.12.2017, 21:38

Uzunömürlülərdən çox da uzun olmayan 10 MƏSLƏHƏT

Dünyada ilk ipək
16.12.2017, 21:29

Dünyada ilk ipək "Qurani-Kərim" kitabının Bakıda təqdimatı - Fotolar

Eldar Mahmudov Çovdarovla üzləşdirildi
16.12.2017, 21:14

Eldar Mahmudov Çovdarovla üzləşdirildi

220 terrorçu saxlanıldı, 240 girov xilas edildi
16.12.2017, 20:54

220 terrorçu saxlanıldı, 240 girov xilas edildi

Qadınlarla bağlı daha bir qadağa ləğv edildi
16.12.2017, 20:42

Qadınlarla bağlı daha bir qadağa ləğv edildi

“Terror dövləti yaradılmasına imkan verməyəcəyik”-Ərdoğandan ABŞ-a XƏBƏRDARLIQ
16.12.2017, 20:28

“Terror dövləti yaradılmasına imkan verməyəcəyik”-Ərdoğandan ABŞ-a XƏBƏRDARLIQ

Özünü eyvandan atmaq istəyən qadın xilas edildi
16.12.2017, 20:18

Özünü eyvandan atmaq istəyən qadın xilas edildi

Avropanın ən yaşlı qadını qocalar evində öldü
16.12.2017, 20:02

Avropanın ən yaşlı qadını qocalar evində öldü

Şəki sakinini it parçaladı
16.12.2017, 19:53

Şəki sakinini it parçaladı

“Çakır”ın kədərli həyat hekayəsi: anasını əmisinə ərə veriblər
16.12.2017, 17:47

“Çakır”ın kədərli həyat hekayəsi: anasını əmisinə ərə veriblər

Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   
16.12.2017, 17:32

Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”  

Mehriban Əliyeva ordenlə təltif olundu
16.12.2017, 17:06

Mehriban Əliyeva ordenlə təltif olundu

“Azərbaycanlılar heç vaxt evtanaziyaya getməz” - Deputat və psixoloqdan AÇIQLAMA   
16.12.2017, 16:33

“Azərbaycanlılar heç vaxt evtanaziyaya getməz” - Deputat və psixoloqdan AÇIQLAMA   

İlham Əliyev Qətər əmirini təbrik edib
16.12.2017, 16:20

İlham Əliyev Qətər əmirini təbrik edib

Rusiya ABŞ-a qarşı ittiham irəli sürdü   
16.12.2017, 16:17

Rusiya ABŞ-a qarşı ittiham irəli sürdü  

25 dil bilən azərbaycanlı poliqlot  - O, 20 günə bir dili öyrətmək zəmanəti verir - MÜSAHİBƏ   
16.12.2017, 16:11

25 dil bilən azərbaycanlı poliqlot  - O, 20 günə bir dili öyrətmək zəmanəti verir - MÜSAHİBƏ  

Zakir Həsənov Ordu komandirlərinə tapşırıqlar verdi
16.12.2017, 15:55

Zakir Həsənov Ordu komandirlərinə tapşırıqlar verdi

Dünyaca məşhur geyim firması mağazalarını bağlayır
16.12.2017, 15:49

Dünyaca məşhur geyim firması mağazalarını bağlayır

Dövlət qurumlarındakı bu vəzifələr təyinat gözləyir   
16.12.2017, 15:45

Dövlət qurumlarındakı bu vəzifələr təyinat gözləyir  

Adı işdə, özü evdə olanlar...    
16.12.2017, 15:16

Adı işdə, özü evdə olanlar...   

Rusiyada azərbaycanlı qardaşını güllələdi
16.12.2017, 15:03

Rusiyada azərbaycanlı qardaşını güllələdi

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.12%)
Araz Ağalarov (13.0%)
Mübariz Mənsimov (17.0%)
Fərhad Əhmədov(13.4%)
Füzuli Məmmədov(53.4%)
Telman İsmayılov (0.12%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.76%)
Digərləri(0.84%)