Modern.az

ADU-nun müəllimi Koreyada təlim proqramında iştirak edib

ADU-nun müəllimi Koreyada təlim proqramında iştirak edib

Aktual

20 Sentyabr 2017, 11:00

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Azərbaycan dili- Koreya dili ixtisası üzrə müəllimi Könül Kamilzadə Koreya dili Milli İnstitutunun (National Institute of the Korean Language)seçimi ilə Koreya Respublikasının Evha Qızlar Universitetinin təsis etdiyi 10 həftəlik(19.06-24.08.2017)“Invitation Training for Foreign Specialists of Korean Language”adlı təlim proqramında iştirak edib. K.Kamilzadə “A Study on Analysis of Grammatical Errors In Korean Writing Texts – Focusing on Beginner level Azerbaijan learners”mövzusunda 20 səhifəlik təqdiqat işi yazıb və sonda bu mövzuda çıxış edib.

 

Modern.az xəbər verir ki, K.Kamilzadə təlim proqramını müvəffəqiyyətlə bitirib. Təlim proqramı müddətindəo, tədqiqat işi yazmaqla bərabər dərslərdə də birbaşa iştirak etmək imkanı qazanıb və təlim proqramının sonunda sertifikat alıb.

 

K.Kamilzadəgələcək iş həyatında dəyərli hesab edilə biləcək təcrübəəldə etdiyini və bundan sonra Koreya dili ilə bağlı biliklərini, eləcə də dərs metodlarını daha da zənginləşdirəcəyini söyləyir.

 

Qeyd edək ki, hər il təşkil olunan təlim proqramı bu il ilk dəfə olaraq daha uzunmüddətli -10 həftəlik təşkil edilib. Proqramda 13 ölkədən (Azərbaycan, Belarus, Çin, Rusiya, Monqolustan, Polşa, Hindistan, Türkiyə, Şri-Lanka, Kamboca, İraq, Misir, Çexiya) Koreya dili üzrə 15 mütəxəssis iştirak edib.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır