Modern.az

Üzeyir Hacıbəylinin əsərlərinə  kölgə salan atmacalara cavab verildi  

Üzeyir Hacıbəylinin əsərlərinə  kölgə salan atmacalara cavab verildi   

Aktual

20 Sentyabr 2017, 13:20

Bir çox illərdir ki, 18 sentyabr Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin doğum günü ölkəmizdə həmçinin Milli Musiqi Günü kimi də qeyd edilir. Bu ənənə  ilk dəfə olaraq bənzərsiz dirijor, maestro Niyazi tərəfindən qoyulub. Lakin 1995-ci ildə görkəmli dövlət xadimi Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın  anadan olmasının 110 illiyi ilə əlaqədar hər il 18 sentyabrın Milli Musiqi Günü  kimi qeyd olunması qərara alınıb.

1908-ci il yanvar ayının 12-də (25 yanvar) Bakıda H.Z.Tağıyev teatrında tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə dahi bəstəkar Şərqdə ilk dəfə bu janrın əsasını qoydu. O, həmçinin musiqili komediya janrının yaradıcısı olmaqla bərabər, musiqi xəzinəmizin incisi olan “Koroğlu” ilə Azərbaycanda peşəkar operanı yaratdı.


Dahi bəstəkarın doğum günü münasibətlə Pirallahı rayonunda Vaqif Mustafazadə adına mədəniyyət sarayında geniş tədbir keçirilib.  Tədbir rayon icra hakimiyyəti və V.Mustafaszadə adına mədəniyyət sarayının birgə təşəbbüsü ilə baş tutub. Tədbirdə çıxış edənlər dahi bəstəkarın yaradıcılığının qüdrətindən danışıblar.

Üzeyir bəyin həyat və yaradıcılığı haqqında söz açan yazıçı-publisist Aslan Kənan bəstəkarın əsərlərinə  kölgə salan bir çox müəlliflərin atmacalarına  aydınlıq gətirib. Onun ilk operasının yaranması barədə arxiv sənədləri əsasında geniş məlumat verib.

Tədbirdə həmçinin məktəblilərin iştirakı ilə Üzeyir bəy Hacıbəylinin əsərlərindən ibarət səhnələr göstərilib.

Sonda rayon mədəniyyət sarayının direktoru Afət xanım İbrahimova icra hakimiyyəti adından tədbir iştirakçılarına və qonaqlara dərin təşəkkürünü bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi