Modern.az

Trampın BMT-dəki çıxışı - ABŞ-ın yeni “şər üçbucağı”na kimlər daxildir?

Trampın BMT-dəki çıxışı - ABŞ-ın yeni “şər üçbucağı”na kimlər daxildir?

20 Sentyabr 2017, 13:25

Ötən gün ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış etdi. Çıxışında Tramp Ağ Evin dünya ilə bağlı görüşlərinin konsepsiyasını təqdim etdi. Onun çıxışının əsas hissəsini Şimali Koreya hakimiyyətinin tənqidi təşkil edirdi.

Kim Çen Inı “özünü və xalqını məhvə aparan raket-insan” adlandıran Tramp öz aqressiv siyasətindən əl çəkməycəyi təqdirdə rəsmi Pxenyanın tamamilə məhv ediləcəyini vurğuladı.

 

“Dünyadakı heç bir xalq bu cinayətkar qrupun nüvə raketləri ilə silahlanmasında maraqlı deyil. Əgər möminlər mənfi güclərə qarşı səslərini ucaltmasa, onda şər qalib gələcək” – deyə Tramp İncildən də misal gətirib.

 

Adətən, dünya liderləri dünyadakı sülhdən danışsalar da, Tramp bu baxımdan fərqli yol seçmişdi. Çıxışında Pxenyanla yanaşı, Tehran və Karakası da hədəf alan prezident İranla “altılıq” ölkələri arasında əldə olunmuş nüvə razılaşmasını biabırçılıq adlandırıb. Onun fikrincə, bu razılaşma İrana nüvə tədqiqatları ilə gizli məşğul olmağa imkan verəcək.

 

Tramp Venesuela hakimiyyətini ölkəni uçurumun dibinə gətirməkdə ittiham edib. Qərb jurnalistlərinin fikrincə, 2002-ci ildə BMT-dəki çıxışı zamanı “şər üçbucağı”ndan danışan Corc Buş kimi Tramp da İran, Şimali Koreya və Venesueladan ibarət düşmən ölkələr siyahısını formalaşdırıb.

 

Maraqlıdır ki, Rusiya prezidenti BMT-nin iclasına qatılmayıb. Bu həm Qərblə Rusiya arasındakı ziddiyyətlərin miqyasını, həm də iki liderin fərqli düşündüyü göstərir. Sonuncu dəfə 2015-ci ildə BMT tribunasından çıxış edən Putin Qərb ölkələrini ikili standartlarda ittiham etmişdi.

 

Obamadan fərqli olaraq, Putin yeni administrasiya ilə münasibətlərdə sərt ritorikadan çəkinir, öz növbəsində Tramp da xarici təhlükələrdən danışarkən Rusiya barədə susqun qalır.

 

Avtoritar hakimiyyətlərin dünyadakı sülhə təhlükə olduğunu deyən Tramp çıxışında Rusiya haqda bir dəfə danışıb. O, Şimali Koreyaya qarşı sanksiyalara qoşulduğu üçün Rusiya və Çinə təşəkkür edib.

 

Amma 2014-cü ildə Barak Obamanın BMT tribunasından çıxışı olduqca sərt alınmışdı. Obama İŞİD və Ebola qızdırması ilə yanaşı, Rusiyanı da bəşəriyyət üçün əsas qlobal təhlükə adlandırmışdı.

 

Amma Trampın əsas vurğusu hərbi gücə idi. Belə ki, Tramp ölkəsinin 700 milyard dollara çatacağını deyib və dünyanın ən güclü ordusuna sahib olacağını elan edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi