11 dekabr 2017, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - Strateji Yol Xəritəsi icrasına baxış - deputat YAZIR
Strateji Yol Xəritəsi icrasına baxış - deputat YAZIR
20.09.2017, 13:30

Vahid  Əhmədov- Millət  vəkili

 

6 dekabr  2016-cı  ildə  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  imzalanmış  AZərbaycan  Respublikasının  milli  iqtisadiyyat  perspektivi  üzrə  Strateji  Yol  Xəritəsi  təsdiq  edilmişdir. Bu  sənəd  milli  iqtisadiyyatımızın  bütün  istiqamətlərdə  inkişafı  üçün  çox  vacib  bir  sənəd  olmaqla  yanaşı  qısa, orta  və  uzun  müddəti  əhatə  etməklə  3  dövrü  özündə  əks  etdirir : 2020-ci  ilədək, 2025-ci ilədək  və  2025-ci  ildən  sonrakı  dövr. Bələ  bir  vacib  sənədin  monitorinq və qiymətləndirmələrinin hər yarım ildən bir  keçirilməsi və   ilin sonunda Strateji Yol Xəritələrinin icrası üzrə illik monitorinq və qiymətləndirmə nəticələrinin təqdim edilməsi  bir  daha  sənədin  əhəmiyyətini  ön  plana  çəkir.Bu  cür  qiymətləndirmələrin  keçirilməsi  sənədin  praktik  sənəd  olmasını  göstərir.

 

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatlarında  qeyd  olunmuş  rəqəmlər  onu  göstərirki   nəzərdə  tutulmuş  tədbirlər  artıq  icra  edilməyə  başlanılıb,  ilkin  müsbət  tendensiyalar  və  nəticələr  əldə  edilib. Bu  isə  son  nəticədə  götürülmüş  hədəflərin  yerinə  yetiriləcəyinə  böyük  inam  yaradır.

 

İqtisadiyyatın  cox  vacib  elementlərindən  olan  kiçik və orta sahibkarlıq  üçün  nəzərdə  tutulmuş istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 6 faizi artıq  icra olunub, 42 faizinin isə icrasına başlanılıb. Müsbət  haldır  ki,  kiçik  və  orta  sahibkarlıq  subyektlərinin  beynəlmiləşdirilməsi  və  xarici  bazarlara  çıxış  imkanlarının  artırılması  kimi  vacib  hədəf  artıq  75% səviyyəsində  yerinə  yetirilmişdir. Milli  Məclis  tərəfindən  qəbul  edilmiş  bir  sıra  qanunlar  və  müzakirələr  prosesində  olan  qanun  layihələri bütövlükdə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması və xarici investorların cəlbi baxımından böyük  əhəmiyyət kəsb edəcəkdir. Kredit  Zəmanət  Fondunun  yaradılması  sahibkarlığın  inkişafı  üıün  mühüm  addımdır.Maliyyə  vəsaitinə  əl  çatanlığın  təmin  edilməsi, güzəştlərin  verilməsi, kredit  faizlərinin  subsidiyalarla  bağlanması  çox  vacib  məsələlərdəndir. Qeyd  etmək  lazımdır  ki, KOS  üzrə  qanunvericilik  bazasının  təkmilləşdirilməsi  və  qanunvericiliyin  təsir  analzinin  tətbiq  edilməsi, kiçik  və  orta  sahibkarlarının  fəaliyyətini  stimullaşdıran  innovasiya  strukturunun  formalaşdırılması, lizinq  və  alternativ  maliyyə  bazarının  inkişaf  etdirilməsi  ilə  KOS  subyektlərinin  maliyyəyə  çıxışının  asanlaşdırılması kimi  hədəflərın  yerinə  yetirilməsi  istiqamətində  ilk  addımlar  hələki  atılmamışdır.

 

Hesabatda əsas problemlər də müəyyənləşdirilib. Kiçik və orta sahibkarlıq sahəsində əsas problemlər "Tik - idarə et - təhvil ver" modelinin bundan sonra sürətlə inkişaf etdirilməsi ilə bağlı tövsiyələr, özəl sənaye klasterləri, model müəssisə, biznes-inkubatorun yaradılması, startap layihələrinin dəstəklənməsi istiqamətində aparılan işlərin sürətləndirilməsi buna misaldır.

 

Strateji  yol  xəritəsində  sahibkarlığın  inkişafında  mühüm  əhəmiyyət  kəsb  edən  Rəqabət  Məcəlləsinin  qəbulu  və  bərabər  rəqabət  mühitinin  yaradılması  2017-2020-ci  illərdə  nəzərdə  tutulmuşdur. Yaxşı  olardı  ki, bu  Məcəllə  tez  bir  zamanda, 2017-2018-ci ildə  qəbul edilsin. Çünki  sahibkarlığın  normal  inkişafı  və  bərabər  rəqabət  mühitinin  yaradılması  üçün  bu  məcəllə  çox  vacibdir.

 

Hal-hazırda  böyük  qisim  əhalinin  maraq  dairəsində  olan, uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin 23 faizi artiq icra olunub. Bildiyimiz  kimi Yasamal rayonu  ərazisində  binaların tikintisinə başlanılıb. Kompleksdə orta məktəb və bağça  binaları  da inşa olunur. Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş bütün prioritetlər üzrə irəliləyişə nail olunub.

 

İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində  nəzərdə  tutulmuş  işlər  müsbət  dinamika  ilə  davam edir. Göründüyü  kimi   bu ilin birinci yarısında Azərbaycana gələn turistlərin sayı 24 faiz artıb. Bu dövrdə xarici vətəndaşların Azərbaycanda həyata keçirdiyi bank əməliyyatları 93 faiz artıb. Koordinasiyanın həyata keçirilməsi üçün Turizm Şurasının yaradılması, Milli Turizm Təbliğat Bürosunun təşkili, elektron vizanın verilməsi üçün müddətin 3 gündən 3 saata qədər endirilməsi, Bakı Ticarət Festivalının təşkili bütövlükdə strateji yol xəritələri çərçivəsində aparılan tədbirlər olaraq ölkədə turizmin inkişafına öz töhfəsini verib.

 

Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində icrasına başlanılmış tədbirlər 59 faiz təşkil edir. Orta peşə sahəsində ixtisasların sayı 123-dən 154-dək artırılıb. Nəzərə  almaq  lazımdır   ki, son  vaxtlar  bu  sahəyə  əhalinin,  xüsusilə  gənclərin  diqqəti  çox  artmışdır.

 

Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində icra olunmuş və icrasına başlanılmış tədbirlər 44 faiz təşkil edir. TASİM layihəsi ilə bağlı texniki iqtisadi əsaslandırmanın həyata keçirilməsi təmin edilib.

 

Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində icra olunmuş tədbirlər cəmi  13  faiz təşkil edir. Sumqayıt Kimya Sənaye Parkı, "Daşkəsənfilizsaflaşdırma" ASC, "Azəralüminium" ASC ilə bağlı müəyyən işlər həyata keçirilsə  də  yeni  dəmir  filizi  çıxarma  və  polad  emalı  zavodunun  tikilməsi  tapşırığına  hələ  başlanılmamışdır. Azərbaycana  idxal  olunan  məhsulların  strukturuna  nəzər  yetirsək   idxalın  tərkibində  neft  və  qaz, energetika, kənd  təsərrüfatı  və  digər  sahələrdə  istfadə  edilən  avadanlıqların  həddən  artıq  çox  olduğunun  şahidi  oluruq. Strateji  yol  xəritəsində  bu  sahədəki  icra  faizi  çox  aşağıdı. Sənaye  sahələri  əsas  gəlir  gətirən  sahələrdən  biri  kimi  diqqət  mərkəzində  olmalıdır ki,  bu  yolla  idxaldan  asılılığı  azaltmaq  olsun.

 

Şübhəsiz  ki,  bütövlükdə strateji yol xəritələrinin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatına öz   sanballı  töhfəsini verəcəkdir. Yol  xəritəsinin  yerinə  yetirilməsi  istiqamətindəki şəffaflıq,  monitorinq və qiymətləndirmənin   vaxtaşırı  təşkil  olunması umumi  işin  xeyrinədir  və  dövlət  başçısının  həyata keçirdiyi siyasətə tam uyğundur.

 

Ümumiyyətlə, strateji  yol  xəritəsinin  monitorinqi  bir  daha  onu  sübut  edir  ki, seçilmiş  istiqamətlər  düzgündür  və  bu  monitorinqlər  davam  etdirilməlidir.

 

Bununla  yanaşı  strateji  yol  xəritəsinin  icrasında  hələlik yüksək  faizə  nail  olmayan  və  vaxtında  icrasını  yerinə  yetirməyən  qurumlarda  mövcuddur. İlin  yekununda  bu  məsələlər  daha  aydın  ğörünəcək  və  onda  dövlət  qurumlarının  işinə  daha  dəqiq  qiymət  vermək  olacaqdır.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Mingəçevirdə yaşayış binası yandı
11.12.2017, 01:19

Mingəçevirdə yaşayış binası yandı

Nakam taleli bakılı rəssam Almaniyada vəfat etdi - PORTRET - FOTOLAR
11.12.2017, 00:43

Nakam taleli bakılı rəssam Almaniyada vəfat etdi - PORTRET - FOTOLAR

Universitetin geniş rezonansa səbəb olan "UNEC2B" platforması
11.12.2017, 00:17

Universitetin geniş rezonansa səbəb olan "UNEC2B" platforması

Tərtərdə qəza törədən Bərdə İcra Hakimiyyətinin əməkdaşı olub - Yenilənib
11.12.2017, 00:00

Tərtərdə qəza törədən Bərdə İcra Hakimiyyətinin əməkdaşı olub - Yenilənib

Şimali Koreyaya qarşı yeni sanksiyalar
10.12.2017, 23:43

Şimali Koreyaya qarşı yeni sanksiyalar

Azərbaycan aviaşirkətinin əməkdaşı təyyarənin yük yerində Almaniyaya qaçdı   
10.12.2017, 23:26

Azərbaycan aviaşirkətinin əməkdaşı təyyarənin yük yerində Almaniyaya qaçdı  

BMT milyonlarla insanın həyatının təhlükədə olduğunu açıqladı
10.12.2017, 22:51

BMT milyonlarla insanın həyatının təhlükədə olduğunu açıqladı

AXC mühacirlərinin baxımsız qalan məzarları yenilənəcək
10.12.2017, 22:34

AXC mühacirlərinin baxımsız qalan məzarları yenilənəcək

Güclü qar Almaniyanın bir neçə hava limanının işini iflic etdi
10.12.2017, 22:14

Güclü qar Almaniyanın bir neçə hava limanının işini iflic etdi

ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü, 2 yaralı
10.12.2017, 22:00

ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü, 2 yaralı

Gənc oğlan liftin təmiri zamanı öldü
10.12.2017, 21:46

Gənc oğlan liftin təmiri zamanı öldü

Azərbaycanın fındıq bağları təhlükədə
10.12.2017, 21:29

Azərbaycanın fındıq bağları təhlükədə

Salyanda “Mercedes” yük maşınına çırpıldı
10.12.2017, 21:04

Salyanda “Mercedes” yük maşınına çırpıldı

“Trampın qərarını həyata keçirilməsi asan olmayacaq” - Ərdoğan
10.12.2017, 20:44

“Trampın qərarını həyata keçirilməsi asan olmayacaq” - Ərdoğan

Təhsil almaq təkcə şəxsi büdcəmizi formalaşdırmaq üçün lazım deyil - HƏFTƏNİN HESABATI
10.12.2017, 20:29

Təhsil almaq təkcə şəxsi büdcəmizi formalaşdırmaq üçün lazım deyil - HƏFTƏNİN HESABATI

Nobel Sülh Mükafatı nüvə silahının ləğvinə çalışan təşkilata verildi
10.12.2017, 20:17

Nobel Sülh Mükafatı nüvə silahının ləğvinə çalışan təşkilata verildi

Rusiyadan Azərbaycana gələn qatarlar yeni qrafiklə işləyəcək
10.12.2017, 20:03

Rusiyadan Azərbaycana gələn qatarlar yeni qrafiklə işləyəcək

Qadın mənzilində ölü tapıldı
10.12.2017, 19:51

Qadın mənzilində ölü tapıldı

Şimali Koreya lideri Trampın qərarından danışdı:  “İsrail adlı dövlət varmı ki,...”
10.12.2017, 18:29

Şimali Koreya lideri Trampın qərarından danışdı:  “İsrail adlı dövlət varmı ki,...”

Ukraynada Saakaşvilinin tərəfdaşları küçələrə axışdı - ETİRAZ AKSİYALARI
10.12.2017, 17:57

Ukraynada Saakaşvilinin tərəfdaşları küçələrə axışdı - ETİRAZ AKSİYALARI

İşıq dirəyinə çırpılan "Mercedes" parçalalandı - BAKIDA
10.12.2017, 17:21

İşıq dirəyinə çırpılan "Mercedes" parçalalandı - BAKIDA

Deputatların bazar GÜNÜ
10.12.2017, 17:13

Deputatların bazar GÜNÜ

Türkmənistan prezidenti 4 naziri vəzifəsindən azad edib
10.12.2017, 17:02

Türkmənistan prezidenti 4 naziri vəzifəsindən azad edib

ABŞ səfirliyi qarşısında polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib
10.12.2017, 16:44

ABŞ səfirliyi qarşısında polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib

Ləvəngi qutabı, 12 dəqiqəyə bişirilən xaş -  Azərbaycanda yeni yemək NÖVLƏRİ
10.12.2017, 16:01

Ləvəngi qutabı, 12 dəqiqəyə bişirilən xaş -  Azərbaycanda yeni yemək NÖVLƏRİ

Azərbaycanlılar Rza Zərrabı dəstəkləyirmi? - VİDEOSORĞU   
10.12.2017, 15:34

Azərbaycanlılar Rza Zərrabı dəstəkləyirmi? - VİDEOSORĞU  

Gürcüstan Saakaşvilini Ukraynadan geri istəyir
10.12.2017, 15:02

Gürcüstan Saakaşvilini Ukraynadan geri istəyir

Goradildəki cinayətdə kriminal aləm izi: "Mənimlə söhbət edəndə papağı çıxart"   
10.12.2017, 14:58

Goradildəki cinayətdə kriminal aləm izi: "Mənimlə söhbət edəndə papağı çıxart"  

Formula-1: Azərbaycan ən çox tamaşaçı artımı göstərən ölkədir
10.12.2017, 14:51

Formula-1: Azərbaycan ən çox tamaşaçı artımı göstərən ölkədir

Azərbaycanda ata adından imtina edənlər kimlərdir?
10.12.2017, 14:45

Azərbaycanda ata adından imtina edənlər kimlərdir?

CHP-li deputatdan Türkiyə siyasətçilərinə çağırış: “Var-dövlətinizi açıqlayın”
10.12.2017, 14:18

CHP-li deputatdan Türkiyə siyasətçilərinə çağırış: “Var-dövlətinizi açıqlayın”

İntiharın qarşısı alındı - BİNƏQƏDİDƏ
10.12.2017, 14:00

İntiharın qarşısı alındı - BİNƏQƏDİDƏ

Banişevskisiz 20 il…
10.12.2017, 13:28

Banişevskisiz 20 il…

Astanada Heydər Əliyev Muzeyi açılıb   
10.12.2017, 13:25

Astanada Heydər Əliyev Muzeyi açılıb  

Gəncənin deputatları  Moskvaya getdi
10.12.2017, 13:21

Gəncənin deputatları  Moskvaya getdi

ARXİV