19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - Avtobus sürücüləri 4 saat işləməlidir
Avtobus sürücüləri 4 saat işləməlidir
20.09.2017, 14:26

Sərnişinlər və ya sürücülərin aqressiv davranışları fiziki zorakılıqla nəticələnir. Bu o deməkdir ki, Azərbaycanda sərnişin-sürücü mədəniyyəti hələ də formalaşmayıb.

 

Kobud ifadə işlədənlər, səsini ucaldanlar, yeniliyi qəbul etməyib aqressiv hərəkət nümayiş etdirənlər bunu deməyə əsas verir.

Bu məsələdə əsas günahkar kimdir? Sərnişin yoxsa sürücü?

 

Bu kimi hallar qanunvericiliklə tənzimlənməlidir

 

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Modern.az-a bildirib ki, qeyd edilən məsələdə hər iki tərəf ciddi məsuliyyət daşıyır:

 

“Təəssüflər olsun ki, sərnişinlərin sürücülərə və ya nəqliyyat sektorunun digər əməkdaşlarına qarşı aqressiv davranışları artmaqdadır. Bəzi hallarda hansısa sərnişinin bu cür davranışı digər sərnişinlərin də eyni şəkildə hərəkət etməsinə gətirib çıxarır. Bir növ insanlarda nədənsə çəkinmə, qanunvericilikdən qorxma halları yoxdur.  Sərnişinlər hesab edir ki, günahı olan hər bir sürücüyə dərhal fiziki zor tətbiq etməklə, güc güstərməklə onu  cəzalandırmaq olar. Halbuki bu, qanunla yolverilən hal deyil. Bu kimi hallar qanunvericiliklə tənzimlənməli və sərt formada qarşısı alınmalıdır”.

 

A. Allahverənov düşünür ki, bu istiqamətdə ciddi tədbirlər görülməlidir:

 

“Sərnişin-sürücü mədəniyyətinə gəldikdə, bəzi hallarda sürücünün də üzərinə müəyyən məsuliyyətlər düşür. İnsanlarla yaxşı davranmaq, onlarla münasibətdə nəzakətli olmaq, etik çərçivələri gözləmək lazımdır. Sərnişinlərə qarşı səsi yüksəltmək və ya kobud hərəkətlər yolverilməzdir. Belə hallar varsa, güc tətbiq etməyə ehtiyac yoxdur. Sadəcə  Bakı Nəqliyyat Agentliyinin( BNA) 141 saylı qaynar xəttinə zəng edib sürücünün davranışı ilə bağlı  konkret məlumat vermək lazımdır. Əminəm ki, BNA bu cür halların  qarşısını almaq iqtidarındadır.

Təəssüflər olsun ki, sərnişinlərin aqressivliyi fiziki zorakılıqla bitir və bu da cinayət tərkibli əməlidir. Düşünürəm ki, sərnişin-sürücü mədəniyyəti ilə bağlı maarifləndirmə tədbirləri çoxaldılmalı, geniş əhatəli olmalıdır. Eyni zamanda bu istiqamətdə ciddi ictimai qınaq mexanizmi qurulmalıdır”.

 

Sürücülər 4 saatdan artıq avtobus idarə etməməlidir

 

Ekspertin fikrincə, bu kimi hallar yalnız avtobuslarda deyil, yollarda da baş verir:

“Sürücünün vəziyyəti də başa düşüləndir. Bəzi hallarda sürücü 6-8 saat hərəkətdə olur və artıq günün sonuna yaxın psixoloji cəhətdən stress altında qalır. Belə olduğu halda sürücüləri uzun müddətli işə cəlb etmək lazım deyil. Onlar 4 saatdan artıq avtobus idarə etməməlidirlər.

İstənilən halda heç kəsin xidməti borcunu yerinə yetirən insana qarşı zor tətbiq etmək və ya sərnişinlərə qeyri-etik davranmaq ixtiyarı yoxdur. Bu, yalnız avtobuslarda baş verən proses deyil. Yollarda da bu cür halların şahidi oluruq.

 

Nəqliyyat vasitəsindən istifadə edən iki insan mübahisə yaşayır, bir-birilərinə yol vermirlər. Yaxud  piyada və sürücü arasında  gərginliklərin, kobud ifadələrin şahidi oluruq. Burada konkret hansısa tərəfdə günah yoxdur. Hər bir şəxs öz üzərinə düşən öhdəliyi ciddi şəkildə həyata keçirməlidir. Digər şəxsin hüquqlarını pozmaq, ona xələl gətirəcək  davranışlar sərgiləmək yolverilməzdir”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi
19.07.2018, 17:35

“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi

Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb
19.07.2018, 17:32

Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb

AzEdu.az portalının yeni “Çat xidməti” açıldı - Təhsilə aid sual ver, cavab al
19.07.2018, 17:22

AzEdu.az portalının yeni “Çat xidməti” açıldı - Təhsilə aid sual ver, cavab al

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”
19.07.2018, 17:18

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”

Bakıda yeni açılan 2 marşrut bu tarixdən fəaliyyətə başlayacaq
19.07.2018, 17:16

Bakıda yeni açılan 2 marşrut bu tarixdən fəaliyyətə başlayacaq

Beynəlxalq yay məktəbinin iştirakçıları gənclər evi ilə tanış olublar
19.07.2018, 17:14

Beynəlxalq yay məktəbinin iştirakçıları gənclər evi ilə tanış olublar

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
19.07.2018, 17:10

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Diaspor tarixində ilk - Ukraynadakı Azərbaycan təşkilatları bir araya gəldilər - FOTO    
19.07.2018, 17:04

Diaspor tarixində ilk - Ukraynadakı Azərbaycan təşkilatları bir araya gəldilər - FOTO  

Dövlət Komitəsi jurnalistləri Qobudakı köçkün şəhərciyinə apardı - FOTOLAR
19.07.2018, 16:50

Dövlət Komitəsi jurnalistləri Qobudakı köçkün şəhərciyinə apardı - FOTOLAR

Bakıda çökən yolla bağlı daha bir rəsmi AÇIQLAMA
19.07.2018, 16:40

Bakıda çökən yolla bağlı daha bir rəsmi AÇIQLAMA

Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO
19.07.2018, 16:05

Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO

“Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir”
19.07.2018, 15:59

“Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir”

Pirşağıda tullantı sutəmizləyici qurğunun tikitisi davam edir
19.07.2018, 15:56

Pirşağıda tullantı sutəmizləyici qurğunun tikitisi davam edir

Tarix İnstitutunda soyqırımları ilə bağlı Beynəlxalq Mərkəz yaradıldı
19.07.2018, 15:25

Tarix İnstitutunda soyqırımları ilə bağlı Beynəlxalq Mərkəz yaradıldı

Mingəçevirdəki enerji qəzasının nəticələri tam aradan qaldırıldımı? - Rəsmi AÇIQLAMA
19.07.2018, 15:22

Mingəçevirdəki enerji qəzasının nəticələri tam aradan qaldırıldımı? - Rəsmi AÇIQLAMA

Keçmiş müsavatçı silahdaşlarını birləşməyə ÇAĞIRDI: “Arif Hacılı partiyanı dərnəyə çevirib”
19.07.2018, 14:58

Keçmiş müsavatçı silahdaşlarını birləşməyə ÇAĞIRDI: “Arif Hacılı partiyanı dərnəyə çevirib”

Nazirlik qarpızın bahalaşmasına AYDINLIQ GƏTİRDİ
19.07.2018, 14:55

Nazirlik qarpızın bahalaşmasına AYDINLIQ GƏTİRDİ

I və IV qrupun imtahan cavabları yaxın 2 gündə açıqlanacaq
19.07.2018, 14:34

I və IV qrupun imtahan cavabları yaxın 2 gündə açıqlanacaq

İlham Əliyev və Sercio Mattarella
19.07.2018, 13:56

İlham Əliyev və Sercio Mattarella "Şah İsmayılın sərgisi"ndə... - FOTOLAR

Rusiyada talış-azərbaycanlı DÜŞMƏNÇİLİYİ
19.07.2018, 13:35

Rusiyada talış-azərbaycanlı DÜŞMƏNÇİLİYİ

Nazpəri Dostəliyevanın elmi dərəcəsi ilə bağlı RƏSMİ AÇIQLAMA - QALMAQAL
19.07.2018, 13:13

Nazpəri Dostəliyevanın elmi dərəcəsi ilə bağlı RƏSMİ AÇIQLAMA - QALMAQAL

Şahzadə Cocuq Mərcanlıya getdi
19.07.2018, 13:10

Şahzadə Cocuq Mərcanlıya getdi

Sabahın hava PROQNOZU açıqlandı   
19.07.2018, 13:04

Sabahın hava PROQNOZU açıqlandı  

Havalar pisləşəcək - Güclü külək, yağış, leysan, dolu... - XƏBƏRDARLIQ
19.07.2018, 13:02

Havalar pisləşəcək - Güclü külək, yağış, leysan, dolu... - XƏBƏRDARLIQ

Adnanın şər yuvası
19.07.2018, 12:59

Adnanın şər yuvası

İbtidai sinif müəllimlərinin imtahanında 3094 nəfər iştirak edib
19.07.2018, 12:48

İbtidai sinif müəllimlərinin imtahanında 3094 nəfər iştirak edib

ABŞ hərbi gəmisini dənizin dibinə göndərdi - VİDEO
19.07.2018, 12:43

ABŞ hərbi gəmisini dənizin dibinə göndərdi - VİDEO

Paşinyan Rusiyaya barmaq silkələdi, təxribatda İTTİHAM ETDİ
19.07.2018, 12:40

Paşinyan Rusiyaya barmaq silkələdi, təxribatda İTTİHAM ETDİ

Yol polisi sürücülərə müraciət etdi - Çirkli avtomobillər...
19.07.2018, 12:24

Yol polisi sürücülərə müraciət etdi - Çirkli avtomobillər...

5 min yaşı olan qədim tikililər aşkarlandı
19.07.2018, 12:22

5 min yaşı olan qədim tikililər aşkarlandı

Kiyevdə Müslüm Maqomayev adına parkın açılışı olub
19.07.2018, 12:16

Kiyevdə Müslüm Maqomayev adına parkın açılışı olub

25 yaşlı gəncin meyiti tapılıb
19.07.2018, 12:11

25 yaşlı gəncin meyiti tapılıb

Azərbaycan Dilqəm və Şahbaza görə Avropa məhkəməsinə sorğu göndərir
19.07.2018, 12:00

Azərbaycan Dilqəm və Şahbaza görə Avropa məhkəməsinə sorğu göndərir

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb  
19.07.2018, 11:59

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb  

Xaricdəki 206 azərbaycanlı Azərbaycana qaytarılıb
19.07.2018, 11:56

Xaricdəki 206 azərbaycanlı Azərbaycana qaytarılıb

ARXİV