17 dekabr 2017, Bazar
Ana Səhifə - GÜNDƏM - Neftçilər Gününə xüsusi buraxılış hazırlandı
Neftçilər Gününə xüsusi buraxılış hazırlandı
20.09.2017, 15:16

«…Artıq SOCAR həm ölkə daxilində, həm xaricdə fəal iş aparır, böyük investisiyalar qoyur.» Ölkə Prezidenti İlham Əliyevin bu sözlərinin üz qabığında yer aldığı  «İki sahil» qəzetinin  Neftçilər Gününə həsr etdiyi xüsusi buraxılış işıq üzü görüb. 240 səhifəlik  Xüsusi  buraxılış  Azərbaycan  neft-qaz  sənayesinin  23 ildə   keçdiyi  inkişaf  yolunu  əks etdirən  maraqlı  yazıları,  rəngli  şəkilləri  və  yüksək  poliqrafik  tərtibatı ilə  diqqət çəkir.

 

«Əsrin müqaviləsi»ndən ötən 23 illik tarixi yol Azərbaycanın qazındığı uğurların təqdimatı kimi dəyərləndirilir. Xüsusi buraxılışın birinci səhifəsində qeyd edilən ulu öndər Heydər Əliyevin ««Əsrin müqaviləsi» ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq» fikirləri bu təqdimatın əsasını təşkil edir. Növbəti səhifədə 23 illik yolun zərurətə çevirdiyi yeni Sazişin imzalanması mərasimində ölkə Prezidenti İlham Əliyevin çıxışı yer alıb.  ««Azəri-Çıraq-Günəşli» nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır» söyləyən cənab İlham Əliyev bu fikri də böyük inam və qətiyyətlə bildirmişdir ki, bu mərasim eyni zamanda onu göstərir ki,  bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.

 

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 1994-cü ildə «Əsrin müqaviləsi» imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının və beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil. 1994-cü il sentyabrın 20-də   ümummilli lider   Heydər Əliyevin  qətiyyəti sayəsində  Xəzər  dənizinin  Azərbaycana  aid  hissəsində  yerləşən  «Azəri-Çıraq-Günəşli» yataqlarının  neft-qaz sərvətlərinin  birgə  işlənməsinə  dair  nüfuzlu  xarici  şirkətlərlə  Azərbaycan  Respublikası  Dövlət Neft Şirkəti  arasında  imzalanan, tarixə «Əsrin müqaviləsi» kimi daxil olan  bu mühüm saziş Azərbaycanın  dünya iqtisadi sisteminə inteqrasiyasında əhəmiyyətli rol oynadı. Xüsusi buraxılışın ana xəttini təşkil edən bu inkişaf fonunda keçmişə nəzər salmağa bir zərurət duyularaq, «Yeni əsrin müqaviləsi»nə yol açan əsas məqamlara diqqət yönəldilir.

 

 

Neft strategiyasının uğurla həyata keçirilməsində neftçilərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilib.  Məhz ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə    «Neftçilər günü»nün təsis  edilməsi, hər il 20 sentyabr  ərəfəsində neçə-neçə  qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə  təltif edilməsi  cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilərin əməyinə verilən qiymətin, onlara diqqətin bariz nümunəsidir. Bu fikir SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin  Neftçilər Günü münasibətilə təbrikində də   əksini tapıb ki, həmişə olduğu kimi,  bu il də  peşə bayramını sonsuz iftixar hissi  və böyük ruh yüksəkliyi ilə  qarşılayırıq. Ölkə Prezidenti İlham Əliyev bir neçə gün əvvəl  «Yeni əsrin müqaviləsi»nin  imzalanmasının ölkəmizin  davamlı inkişafında xüsusi rolunu vurğuladı.

 

 

Təbrikdə o da bildirilir ki,  Azərbaycan neftçiləri yaxşı bilirlər ki,  son illərdə  enerji strategiyamızın qazandığı misilsiz uğurlar  Ulu Öndərin  möhtəşəm siyasi kursunun  zəfər təntənəsidir. Xüsusi buraxılışda dövlətimizin  başçısı İlham Əliyevin 19 sentyabr  2017-ci il tarixli «Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında», «Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında», «Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında» sərəncamları yer alıb.  

 

Xüsusi buraxılışda dövlətimizin başçısı İlham Əliyevin «...Bizim bərabər həyata  keçirdiyimiz  böyük layihələr bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirmişdir.  İndi bölgəni  birgə icra etdiyimiz  layihələrsiz təsəvvür etmək mümkün deyildir.  2006-cı ildə  Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji  xəritəsini böyük dərəcədə dəyişmişdir. Bu gün  biz yeni böyük tarixi əhəmiyyəti olan TANAP layihəsinə də  start veririk.  Əminəm ki, TANAP layihəsi eyni uğura nail olacaqdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri kimi   TANAP layihəsi də  vaxtında və keyfiyyətlə icra ediləcəkdir» fikirlərinin yer alması da səbəbsiz deyil. Bugünkü uğurlarımız ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir. Dünyaya açılan pəncərə kimi dəyərləndirilən BTC və BTƏ neft-qaz kəmərlərindən sonra TAP, TANAP və «Cənub Qaz Dəhlizi» layihəsinin icrası Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınmasının təsdiqidir.   

   

SOCAR-ın prezidenti R.Abdullayevin «Neftçilər qarşıdakı hədəflərə doğru inamla irəliləyir» yazısında  qeyd edilir ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın  sürətli inkişafına  yönəlmiş hərtərəfli, müdrik  siyasətinin  möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  Azərbaycan artıq  bütün dünyada  etibarlı tərəfdaş, qlobal  enerji təhlükəsizliyi sistemində  əvəzolunmaz yeri olan bir ölkə kimi tanınır. Uğurla gerçəkləşdirilən iqtisadi islahatların  bəhrələri xalqımızın gündəlik həyatında, maddi rifahında hiss olunur. Mahiyyət etibarilə müstəqil Azərbaycan  dövlətinin uzunmüddətli  inkişaf və  tərəqqi konsepsiyası olan bu strategiyanın tarixi əhəmiyyəti  zaman keçdikcə  daha aydın görünür, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, «Neft strategiyası Azərbaycanda sənayenin bir çox başqa sahələrinin yaranmasına və inkişaf etməsinə əsas yaradır.»

Yazıda o da bildirilir ki, SOCAR-ın  əməkçiləri möhtərəm Prezidentimizin çıxışlarını özlərinə fəaliyyət proqramı hesab edirlər. Cənab Prezidentimiz qarşıdakı illər üçün başlıca hədəflərimizi dəqiq müəyyənləşdirmişdir və çoxminli  neftçilər ordusu həmişə olduğu kimi, bundan sonra da göstərilən hədəflərə doğru inam və qətiyyətlə irəliləyəcək, vətənimizin qüdrətinin daha da möhkəmlənməsi naminə yeni-yeni qələbələrə imza atacaqlar.

Xüsusi  buraxılış ümumilikdə  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  strukturlarının  fəaliyyəti, onların  əlamətdar  günü - neftçilərin  peşə  bayramını  hansı  nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı   barədə  dolğun  təəssürat  yaradır.  Şirkətin  birinci  vitse-prezidenti, akademik   Xoşbəxt  Yusifzadənin «Yeni əsrin müqaviləsi» ilə iki milyardıncı ton Azərbaycan neftinə doğru», iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun «Ölkəmizin həyata keçirdiyi  neft-qaz layihələri regionda təhlükəsizlik, sabitlik və inkişafın təminatçısıdır»,  sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun «SOCAR dünya miqyasında uğurlu investisiya layihələri reallaşdırır», emal üzrə vitse-prezident David Məmmədovun «SOCAR regionda mühüm emal və neft-kimya layihələrinin müəllifidir»,   vitse-prezident Mikayıl İsmayılovun «Əsrin müqaviləsi» ilə əsası qoyulan dinamik inkişaf uğurla davam edir», sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun «SOCAR mühüm sosial-iqtisadi layihələrə öz töhfələrini verir», kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun « Neft kapitalının insan kapitalına çevrilməsi iqtisadi inkişafın rəhnidir»,  neftin, qazın nəqli  və qaz təsərrüfatı  məsələləri üzrə  vitse-prezident Rəhman Qurbanovun «SOCAR-ın ixrac imkanları uğurla  genişlənir», ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin «SOCAR-ın ətraf mühitin  mühafizəsi sahəsində  həyata keçirdiyi layihələr və əldə olunan nailiyyətlər», strateji inkişaf  üzrə vitse-prezident Tofiq Qəhrəmanovun «SOCAR-ın strateji  inkişaf layihələri  Azərbaycanın  bu gününün və gələcəyinin enerji təhlükəsizliyinin təminatçısıdır», geologiya və  geofizika məsələləri üzrə  vitse-prezident Bəhram Hüseynovun «Geoloji elmlərin neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsində rolu», yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifovun «SOCAR-da son nəsil qazma avadanlıqları vasitəsilə həyata keçirilən əməliyyatların çox hissəsi avtomatlaşdırılıb», Bakı Ali Neft Məktəbinin  rektoru Elmar Qasımovun «Məqsədimiz Bakı Ali Neft Məktəbini bütün dünyada tanıtmaqdır»,   Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin ««Əsrin müqaviləsi»nin  imzalanması ilə iqtisadi və sosial uğurlarımızın təməli  qoyuldu»,  «Azneft» İstehsalat Birliyinin  baş  direktoru  Daşqın İskəndərovun «Neft və qaz hasilatının sabit saxlanılması və  yüksəldilməsi istiqamətində  mühüm tədbirlər görülür», «Azəriqaz» İB-nin baş direktoru Əkbər Hacıyevin ««Azəriqaz» İstehsalat Birliyi çevik və  problemləri  operativ  həll edən quruma  çevrilib», «Azərikimya» İstehsalat Birliyinin  Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı  Muxtar Babayevin «Modernizasiya və yeni qurğuların tikintisi kimya sənayesinin gələcəyinə hesablanmış uğurlu layihələrdir»,  Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər  Şirəlinin «Ölkəmizin  dəniz və quru sahələrində  axtarış və istismar qazma işləri uğurla icra edilir»,  «Neftqaztikinti» Trestinin müdiri Mirkazım Abasovun  «Neft-qaz sənayesi üzrə yerli və beynəlxalq əzəmiyyətli tikinti layihləri uğurla reallaşdırılır», Heydər Əliyev adına Neft Emalı  Zavodunun direktoru Elman İsmayılovun « Heydər Əliyev adına NEZ-də  yenidənqurma işləri aparılmaqla müasir texnoloji qurğular inşa ediləcək»,


Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinovun «Quru və dəniz yataqlarında uğurlu geofiziki və geoloji tədqiqatlar aparılır», Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin «Cənub Qaz Dəhlizi» bütün regionun enerji xəritəsini dəyişəcək», Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovun «Neftin  nəqli müasir tələblərə və beynəlxalq standartlara uyğun aparılır», Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadənin «İxrac əməliyyatlarının səmərəliliyinin artırılması başlıca vəzifədir», «Neftqazelmitədqiqatlayihə» İnstitutunun direktoru Fəxrəddin İsmayılovun ««Neftqazelmitədqiqatlayihə» İnstitutu neft emalının inkişafında xüsusi xidmətlər göstərib»,  Nəqliyyat İdarəsinin rəisi  Elçin Zülfüqarovun «Müasir nəqliyyat və xüsusi texnika vasitələrindən istifadə daim diqqət mərkəzində saxlanılır»,  «Qaz İxrac» İdarəsinin rəisi  Qağaməli  Seyfullayevin «Magistral qaz kəmərləri sahələrinin müasirləşdirilməsi və yenidənqurulması davamlı şəkildə həyata keçirilir», İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İlham Aslanovun «SOCAR və onun struktur bölmələrinə beynəlxalq standartlara uyğun xidmət göstərilir»,  Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayevin «Qaz Emalı Zavodunun  kollektivi 2017-ci ili də müsbət texniki-iqtisadi göstəricilərlə başa vuracaq», Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin «Təhlükəsizlik tədbirlərinə xüsusi önəm verilir»,  Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimovun «Neftçilərin sosial ehtiyaclarının daha dolğun ödənilməsi prioritet vəzifədir», Ekologiya İdarəsinin rəisi Azər Əliyevin «Enerji  strategiyası və davamlı ətraf mühit idarəçiliyi»,  Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun «SOCAR peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirir»,  Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyevin «Görülən işlər bizi qarşıdakı hədəflərə daha da yaxınlaşdırır», Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin rəisi Telman Məhəmmədovun «Əməyin təşkilinin əsas elementlərindən biri əməyin normallaşdırılmasıdır»,  «Neftçi İdman Klubu» İctimai Birliyi İdarəetmə Aparatının rəhbəri,   MOK-un İcraiyyə Komitəsinin üzvü Sadıq Sadıqovun « Azərbaycanın İslamiadanın qalibi adını qazanmasında klubumuzun böyük  rolu oldu»,  Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin rəisi Aqil Məmmədovun «Açıq neft və qaz fontanlarının ləğvim ilə təcrübəli mütəxəssislər məşğul olur»,  və «İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist  Vüqar Rəhimzadənin «23 illik yol yeni «Əsrin müqaviləsi»nin təməlinə çevrildi» məqalələrində ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycanın qarşısında açdığı işıqlı yol və bunun zərurətə çevirdiyi «Yeni əsrin müqaviləsi»nin perspektivləri  geniş təhlil olunur.

 

Ulu öndər Heydər Əliyevin «Azərbaycanın  böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın   yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir» fikri ilə Xüsusi buraxılışa sonluq verilməsi də təsadüfi deyil. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə bugünkü reallıqlarımızın əsasıdır. Ulu öndən Heydər Əliyevin neft amilindən istifadə edərək iqtisadiyyatımızın inkişafı istiqamətində atdığı önəmli addımlar uzaqgörən siyasətinin tərkib hissəsi idi. Bu gün neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Bu isə öz növbəsində işsizliyin, yoxsulluğun, məşğulluq probleminin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi deməkdir. Cənab İlham Əliyevin hər zaman bildirdiyi kimi, həyata keçirilən siyasətin önündə Azərbaycan vətəndaşı dayanır.

 

Xüsusi buraxılışda bu məqamlar öz əksini tapmaqla, bu inam da ifadə edilir ki, yeni hədəflərə doğru inamla addımlayan Azərbaycanın davamlı, dayanıqlı inkişafı qaçılmazdır.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
17.12.2017, 00:16

"Real Madrid" 3-cü dəfə qalib oldu

Fransada məscid bağlandı
16.12.2017, 23:57

Fransada məscid bağlandı

Saakaşvilidən Poroşenkoya barışıq təklifi
16.12.2017, 23:41

Saakaşvilidən Poroşenkoya barışıq təklifi

Bakıda bahalı qırqovul əti
16.12.2017, 23:23

Bakıda bahalı qırqovul əti

Azərbaycanda qeyri-adi toy - Video
16.12.2017, 23:11

Azərbaycanda qeyri-adi toy - Video

“Qarabağ”ın futbolçusu evləndi - Foto
16.12.2017, 23:05

“Qarabağ”ın futbolçusu evləndi - Foto

Şəki sakini gənc qonşusunun qanını tökdü
16.12.2017, 22:58

Şəki sakini gənc qonşusunun qanını tökdü

Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq
16.12.2017, 22:46

Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq

Bitkoinin qiyməti 19 min dolları ötüb
16.12.2017, 22:33

Bitkoinin qiyməti 19 min dolları ötüb

Tanınmış jurnalistə ağır itki
16.12.2017, 22:20

Tanınmış jurnalistə ağır itki

Dünyada agılasığmaz evlilik ADƏTLƏRİ
16.12.2017, 22:10

Dünyada agılasığmaz evlilik ADƏTLƏRİ

Əfqanıstanda 16 terrorçu məhv edildi
16.12.2017, 21:51

Əfqanıstanda 16 terrorçu məhv edildi

Uzunömürlülərdən çox da uzun olmayan 10 MƏSLƏHƏT
16.12.2017, 21:38

Uzunömürlülərdən çox da uzun olmayan 10 MƏSLƏHƏT

Dünyada ilk ipək
16.12.2017, 21:29

Dünyada ilk ipək "Qurani-Kərim" kitabının Bakıda təqdimatı - Fotolar

Eldar Mahmudov Çovdarovla üzləşdirildi
16.12.2017, 21:14

Eldar Mahmudov Çovdarovla üzləşdirildi

220 terrorçu saxlanıldı, 240 girov xilas edildi
16.12.2017, 20:54

220 terrorçu saxlanıldı, 240 girov xilas edildi

Qadınlarla bağlı daha bir qadağa ləğv edildi
16.12.2017, 20:42

Qadınlarla bağlı daha bir qadağa ləğv edildi

“Terror dövləti yaradılmasına imkan verməyəcəyik”-Ərdoğandan ABŞ-a XƏBƏRDARLIQ
16.12.2017, 20:28

“Terror dövləti yaradılmasına imkan verməyəcəyik”-Ərdoğandan ABŞ-a XƏBƏRDARLIQ

Özünü eyvandan atmaq istəyən qadın xilas edildi
16.12.2017, 20:18

Özünü eyvandan atmaq istəyən qadın xilas edildi

Avropanın ən yaşlı qadını qocalar evində öldü
16.12.2017, 20:02

Avropanın ən yaşlı qadını qocalar evində öldü

Şəki sakinini it parçaladı
16.12.2017, 19:53

Şəki sakinini it parçaladı

“Çakır”ın kədərli həyat hekayəsi: anasını əmisinə ərə veriblər
16.12.2017, 17:47

“Çakır”ın kədərli həyat hekayəsi: anasını əmisinə ərə veriblər

Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   
16.12.2017, 17:32

Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”  

Mehriban Əliyeva ordenlə təltif olundu
16.12.2017, 17:06

Mehriban Əliyeva ordenlə təltif olundu

“Azərbaycanlılar heç vaxt evtanaziyaya getməz” - Deputat və psixoloqdan AÇIQLAMA   
16.12.2017, 16:33

“Azərbaycanlılar heç vaxt evtanaziyaya getməz” - Deputat və psixoloqdan AÇIQLAMA   

İlham Əliyev Qətər əmirini təbrik edib
16.12.2017, 16:20

İlham Əliyev Qətər əmirini təbrik edib

Rusiya ABŞ-a qarşı ittiham irəli sürdü   
16.12.2017, 16:17

Rusiya ABŞ-a qarşı ittiham irəli sürdü  

25 dil bilən azərbaycanlı poliqlot  - O, 20 günə bir dili öyrətmək zəmanəti verir - MÜSAHİBƏ   
16.12.2017, 16:11

25 dil bilən azərbaycanlı poliqlot  - O, 20 günə bir dili öyrətmək zəmanəti verir - MÜSAHİBƏ  

Zakir Həsənov Ordu komandirlərinə tapşırıqlar verdi
16.12.2017, 15:55

Zakir Həsənov Ordu komandirlərinə tapşırıqlar verdi

Dünyaca məşhur geyim firması mağazalarını bağlayır
16.12.2017, 15:49

Dünyaca məşhur geyim firması mağazalarını bağlayır

Dövlət qurumlarındakı bu vəzifələr təyinat gözləyir   
16.12.2017, 15:45

Dövlət qurumlarındakı bu vəzifələr təyinat gözləyir  

Adı işdə, özü evdə olanlar...    
16.12.2017, 15:16

Adı işdə, özü evdə olanlar...   

Rusiyada azərbaycanlı qardaşını güllələdi
16.12.2017, 15:03

Rusiyada azərbaycanlı qardaşını güllələdi

Rövşən Lənkəranskinin qardaşı vəzifəsindən azad edilib
16.12.2017, 15:01

Rövşən Lənkəranskinin qardaşı vəzifəsindən azad edilib

 “Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir
16.12.2017, 14:36

 “Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.12%)
Araz Ağalarov (13.0%)
Mübariz Mənsimov (17.0%)
Fərhad Əhmədov(13.5%)
Füzuli Məmmədov(53.3%)
Telman İsmayılov (0.12%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.77%)
Digərləri(0.84%)