Modern.az

MİDA mənzillərin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatını aparır

MİDA mənzillərin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatını aparır

Aktual

20 Sentyabr 2017, 15:36

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikintisi davam edən ilk layihəsi – Yasamal Yaşayış Kompleksinin 9 binadan və 584 mənzildən ibarət olan birinci məhəlləsinin mənzillərinin mülkiyyət hüququnun qeydiyyatı qabaqcadan təmin edilib.

 

Bu barədə MİDA-dan Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bununla əlaqədar, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışlar təqdim edib.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq qabaqcadan qeydiyyat sənədləri tikintisi davam edən mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi üçün əsasdır. Eyni zamanda, mövcud qanunvericiliyə uyğun olaraq, qabaqcadan qeydiyyat arayışı tikinti mərhələsində olan mənzillərin girov qoyularaq “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti və “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini imzalamış müvəkkil banklar tərəfindən güzəştli ipoteka kreditlərinin verilməsinə imkan yaradır.

Mənzillər üzrə hüquqların qabaqcadan qeydiyyatı təsdiq olunmuş tikinti layihəsi və tikintiyə icazə əsasında aparılır, mənzillərin layihəyə uyğun şəkildə inşa olunmasına zəmanət verir. Yaşayış binası tikilərək istismara verildikdən sonra, mənzilə sahib olan vətəndaşın qabaqcadan qeydiyyat arayışı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə əvəzlənəcək.

Mənzil İnşaatı Dövlət Agentliyi 29 yaşayış binasından ibarət Yasamal Yaşayış Kompleksinin tikintisi davam edən növbəti mənzillərinin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatının təmin edilməsi istiqamətində işləri davam etdirəcək və müvafiq arayışların mərhələli şəkildə alınmasını təmin edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür