Modern.az

İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - VİDEO  

İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - VİDEO   

Aktual

20 Sentyabr 2017, 16:17

İraqdakı sığınacaqlardan birində iki yaşlı Xədicə və üç yaşlı Abdulla adlı azərbaycanlı uşaqlar xarici medianın obyektivinə tuş gəliblər.
Modern.az “Sputnik-Azərbaycan”a istinadən xəbər verir ki, valideynləri onları "İslam dövləti"nin nəzarətində olan ərazilərə aparıblarmış. Uşaqlar özləri haqqında heç nə deyə bilmirlər. Amma, danışığından da aydın görünür ki, bu qardaş-bacı azərbaycanlı uşaqlardır.

"Biz bu kadrları Bağdaddakı sığınacaqda çəkmişik. Onları bu sığınacağa sentyabrın 12-də Təl-Afərdən gətiriblər. Onların şəkillərini mənə əvvəlcə Ziyad Səbsəbi (Ramzan Kadırovun Federasiya Şurasındakı nümayəndəsi. O, İŞİD-in nəzarət etdiyi ərazilərdəki bütün uşaqları toplayaraq Rusiya Federasiyasına göndərir-m.) göndərmişdi" – deyə RT telekanalın əməkdaşı Sputnik Azərbaycan-a bildirib.



Onun bizə təqdim etdiyi videodan da göründüyü kimi, müxbir uşaqlardan rus dilində "Sonuncu dəfə ata və ananı nə vaxt görmüsən?" (Когда в последний раз видел папу и маму?) sualına Abdulla "papa-mama ölüb" deyə cavab verib. "Bəs nənə, baba? Onları görmüsən?", "Sənin yaşadığın şəhər necə adlanır?" suallarına isə Abdulla başını yelləyərək "bilmirəm" cavabı verib.

Telekanalın əməkdaşları xahiş edirlər ki, əgər bu videodakı uşaqları tanıyan varsa, onlara xəbər versinlər. Sputnik Azərbaycan bu uşaqları və ya qohumlarını tanıyanlardan [email protected], [email protected] ünvanlarına, eləcə də Sputnik Azərbaycan-ın "Facebook" ünvanlarına, habelə redaksiyanın saytında göstərilən şəhər telefonları vasitəsi ilə də məlumat verməyi xahiş edir.

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı