21 iyul 2018, Şənbə
Ana Səhifə - GÜNDƏM - Rəfiqə Əliyevanın BDU-da 85 illik yubileyi keçirilib
Rəfiqə Əliyevanın BDU-da 85 illik yubileyi keçirilib +
20.09.2017, 16:54

Bu gün BDU-da görkəmli kimyaçı alim, universitetin Analitik kimya kafedrasının professoru, Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək akademik Rəfiqə xanım Əliyevanın xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.Sonra tədbir iştirakçıları ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Akademik Rəfiqə Əliyevanın yaradıcısı olduğu və rəhbərlik etdiyi ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının qarşısında alimin xatirə barelyefinin açılışından sonra tədbir universitetin Böyük akt zalında davam edib.

Rektor, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyevanın pedaqoji xidmətlərindən danışıb.Bildirib ki, yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə xanımın yetişdirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək böyük alimdən əldə etdikləri bilikləri bəşəriyyətin tərəqqisinə sərf ediblər. Rektor Rəfiqə Əliyevanın araşdırmalarının kimyanın vacib istiqamətlərindən olan analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunduğunu deyib. Onu da əlavə edib ki, Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatlarıüzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib. Bu tədqiqatları inkişaf etdirmək üçün universitetdə böyük əzmkarlıq və gərgin zəhmət hesabına  yeni, müasir bir elm mərkəzi-ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasını yaratmışdı. Rəfiqə xanım istedadlı və bacarıqlı gəncləri həmin laboratoriyaya cəlb edərək ekologiyanın aktual problemləriylə bağlı apardıqları tədqiqat işləri ilə onu ölkənin ən qabaqcıl elm mərkəzinə çevirə bilmişdi. Rəfiqə xanım haqda xoş xatirələrini bölüşən rektor onu böyük bir nəslin ən parlaq nümayəndələrindən biri və ən gözəl keyfiyyətlərini özündə birləşdirən ziyalı xanım olduğunuxüsusilə qeyd edib, akademikin məhsuldar elmi-pedaqoji fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Əməkdar elm xadimi fəxri adına layiq görüldüyünü, ölkəmizin ali mükafatı olan“Şöhrət” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif  Əlizadəgörkəmli alim Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyətindən, respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışıb.

Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Rəfiqə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib, öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürərək böyük elmi məktəb yaradıb.

BDU-nun Kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizovun “Akademik Rəfiqə Əliyevanın elmi-pedaqoji fəaliyyəti” adlı məruzəsindən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, Əməkdar jurnalist Flora Xəlilzadə, akademik Vasim Məmmədəliyev, Kimya fakültəsinin 3-cü kurs tələbəsi,akademik Rəfiqə Əliyeva adına taqaüdçü Emil Qasımov çıxış ediblər.

Sonda ailə üzvləri adından alimin qızı, BDU-nun Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva çıxış edərək tədbirin yüksək səviyyədə təşkili üçün universitet rəhbərliyinə minnətdarlığını bildirib. 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qolu sarıqlı şəkildə küçə süpürən qadın nazirliyin təklifindən imtina etdi
21.07.2018, 11:55

Qolu sarıqlı şəkildə küçə süpürən qadın nazirliyin təklifindən imtina etdi

“Azərenerji” Bakının işıqsız qalması ilə bağlı məlumat yaydı  
21.07.2018, 11:44

“Azərenerji” Bakının işıqsız qalması ilə bağlı məlumat yaydı  

Astara sakinindən 58 ədəd çətənə bitkisi aşkarlandı
21.07.2018, 11:13

Astara sakinindən 58 ədəd çətənə bitkisi aşkarlandı

Sürücülərə XƏBƏRDARLIQ - təmir işləri aparılır
21.07.2018, 11:10

Sürücülərə XƏBƏRDARLIQ - təmir işləri aparılır

Rusiya nüvə silahlarının gücünə görə ABŞ-ı ÜSTƏLƏYİR
21.07.2018, 10:50

Rusiya nüvə silahlarının gücünə görə ABŞ-ı ÜSTƏLƏYİR

Cəbhədə şiddətli atışma oldu
21.07.2018, 10:12

Cəbhədə şiddətli atışma oldu

Polisdən ƏMƏLİYYAT: 112 nəfər saxlanıldı
21.07.2018, 09:32

Polisdən ƏMƏLİYYAT: 112 nəfər saxlanıldı

Paytaxtda ağır yol qəzası
21.07.2018, 09:20

Paytaxtda ağır yol qəzası

Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirildi
21.07.2018, 09:12

Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirildi

Azərbaycan çaylarında sululuq səviyyəsi dəyişdi
21.07.2018, 09:02

Azərbaycan çaylarında sululuq səviyyəsi dəyişdi

Dağıstanda 2 polis öldürüldü
21.07.2018, 09:00

Dağıstanda 2 polis öldürüldü

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO
21.07.2018, 00:58

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO

Trampla Putin dünyanı bölüşdürüb: İDDİA
21.07.2018, 00:44

Trampla Putin dünyanı bölüşdürüb: İDDİA

Paytaxtın qaranlıqda qalma səbəbi AÇIQLANDI - YENİLƏNİB
21.07.2018, 00:31

Paytaxtın qaranlıqda qalma səbəbi AÇIQLANDI - YENİLƏNİB

Kater qəzasında  ölənlərin sayı 17 nəfərə çatdı
21.07.2018, 00:15

Kater qəzasında  ölənlərin sayı 17 nəfərə çatdı

Nizami və Xətai rayonlarına elektrik verilişi bərpa olunub- "Azərişıq" ASC
20.07.2018, 23:57

Nizami və Xətai rayonlarına elektrik verilişi bərpa olunub- "Azərişıq" ASC

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
20.07.2018, 23:46

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Azərbaycan nefti bahalaşıb
20.07.2018, 23:32

Azərbaycan nefti bahalaşıb

Kürdoğlu: “Atamın həyatı təhlükədədir”
20.07.2018, 22:57

Kürdoğlu: “Atamın həyatı təhlükədədir”

Baş nazir ölkədəki korrupsiyanın miqyasından şokdadır
20.07.2018, 22:43

Baş nazir ölkədəki korrupsiyanın miqyasından şokdadır

Bu məktəblərin şagirdləri ən yüksək nəticə göstəriblər
20.07.2018, 22:28

Bu məktəblərin şagirdləri ən yüksək nəticə göstəriblər

Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli olub
20.07.2018, 22:15

Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli olub

Suyun çirklənmə səviyyəsi artıb
20.07.2018, 21:59

Suyun çirklənmə səviyyəsi artıb

İsrail təyyarələri HƏMAS obyektlərini bombaladı
20.07.2018, 21:45

İsrail təyyarələri HƏMAS obyektlərini bombaladı

Bu rayona 6 ayda 22 min 898 turist gəlib
20.07.2018, 21:31

Bu rayona 6 ayda 22 min 898 turist gəlib

Füzulidə taxıl sahəsi yandı
20.07.2018, 21:16

Füzulidə taxıl sahəsi yandı

İlham Əliyevin Fransaya səfəri başa çatıb
20.07.2018, 21:06

İlham Əliyevin Fransaya səfəri başa çatıb

İranın neft anbarında partlayış: 2 ölü   
20.07.2018, 20:54

İranın neft anbarında partlayış: 2 ölü  

Bakıda intihar edən qızın yeni görüntüləri – Video
20.07.2018, 20:40

Bakıda intihar edən qızın yeni görüntüləri – Video

“Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır” – Əli Həsənov
20.07.2018, 20:27

“Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır” – Əli Həsənov

Su anbarında batan şəxsin meyiti tapıldı
20.07.2018, 20:14

Su anbarında batan şəxsin meyiti tapıldı

Nazir şikayətləri dinlədi
20.07.2018, 20:01

Nazir şikayətləri dinlədi

İlham Əliyev Emmanuel Makronla Qarabağı müzakirə etdi - YENİLƏNİB
20.07.2018, 19:53

İlham Əliyev Emmanuel Makronla Qarabağı müzakirə etdi - YENİLƏNİB

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb
20.07.2018, 19:51

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir
20.07.2018, 19:40

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir

ARXİV