Modern.az

Universitetin klinikası tibbi xidmətlər təklif edir

Universitetin klinikası tibbi xidmətlər təklif edir

Aktual

20 Sentyabr 2017, 16:56

15 sentyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) açılmış Baytarlıq Klinikası ev heyvanlarına xidmət göstərməyə tam hazırdır.

 

 

Modern.az xəbər verir ki, Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə universitetə verilmiş  29 adda, Türkiyə, Kanada, Almaniya, ABŞ və Cənubi Koreyada istehsal olunmuş  avadanlıq və alətlər vasitəsilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin təcrübəli baytar həkimləri tərəfindən heyvanların müayinəsi, ultrasəslə müayinə, rentgen, cərrahi əməliyyatlar müasir standartlara uyğun həyata keçirilir. Klinikada mövcud olan qeydiyyat, müayinə, ultrasəslə müayinə, rentgen, cərrahi əməliyyat otaqları  xüsusi antibakterial örtüklə üzlənmiş,  mebel, tibbi şkaflar və digər avadanlıqlarla təchiz edilib.

Klinikanın təklif etdiyi xidmətlərdən faydalanmaq istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:

 

Gəncə şəhəri, Ozan küçəsi 210.

ADAU-nun baytarlıq korpusu

Tel: 050-614-96-61

        022-256-37-83

        022-256-02-27

E-mail: [email protected]

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır