Modern.az

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır

20 Sentyabr 2017, 16:58

ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri Frənk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.

 

Bu barədə Modern.az saytına Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

Onun sözlərinə görə, araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaq.

 

“Özünü ABŞ Konqresinin üzvü kimi təqdim edən bu şəxslər artıq uzun illərdir ABŞ erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər.  Və tam şəkildə ABŞ erməni lobbisindən asılı vəziyyətdədirlər”-deyə H. Hacıyev əlavə edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...