Modern.az

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ  

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ   

20 Sentyabr 2017, 17:04

“Space” telekanalının işçiləri Facebook sosial şəbəkəsində maaşların verilməməsindən şikayətləniblər. Telekanal əməkdaşlarının sözlərinə görə, “Space”də 4 aydır - may ayından bəri maaşlar verilmir. Qeyd olunur ki, rəhbərlik problemi teleşirkətin büdcəsində pulun olmaması ilə əlaqələndirir. 

Əhməd Məmmədov adlı əməkdaş isə qeyd edib ki, televiziyaya reklam yerləşdirən şirkətlər də artıq reklam verməkdən imtina edir.


Modern.az
saytı məsələyə aydınlıq gətirmək üçün Space telekanalı ilə əlaqə yaradıb. Kanalın  İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Eldəniz Elgün yayılan informasiyaların həqiqətə uyğun olmadığını bildirib:


“Sosial şəbəkədə Əhməd Məmmədov adlı şəxs bu cür məlumatlar paylaşıb. Halbuki, “Space”də bu adda şəxr işləmir. Bunlar sadəcə təxribat xarakterli informasiyalardır. Təkcə bu məsələ deyil, başqa mövzularda da eyni addım atanlar olub. Bu məlumatlarla bağlı ciddi araşdırma aparıldı, lakin Əhməd adlı işçimizin olmadığı məlum oldu. Kanalda işləməyən biri buradakı vəziyyətdən necə agah ola bilər?”.

E.Elgün işçilərin maaş probleminin olmadığını vurğulayıb:

“Hazırda kanalda hər şey qaydasındadır. Adətən  sentyabrda yeni mövsümün başlanğıcı olduğu üçün bu cür  təxribatlara əl ataraq kanalların nüfuzuna xələl gətirmək istəyirlər. Biz də bu kampaniyalardan birinin qurbanı olmuşuq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...