Modern.az

UEFA final oyunu üçün Bakını seçdi

UEFA final oyunu üçün Bakını seçdi

20 Sentyabr 2017, 20:07

2018-2019-cu il mövsümündə UEFA Avropa Liqasının final oyunu ilə bağlı qərar verilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu qərar bu gün İsveçrədə UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

 UEFA-nın İcraiyyə Komitəsinin qərarına görə, 2018-2019-cu il mövsümündə UEFA Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Bakıda final oyunu 2019-cu il mayın 29-da baş tutacaq.

 

Həmin mövsümdə Çempionlar Liqasının final oyununa iyunun 1-də Madridin "Vanda Metropolitano" stadionu ev sahibliyi edəcək.

 

2019-cu ildə UEFA Superkuboku oyunu isə avqustun 14-ü İstanbulun "Vodafon Park" stadionunda keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır