Modern.az

"ABŞ beynəlxalq razılaşmaları pozur" - Ruhani

Dünya

20 Sentyabr 2017, 21:17

"ABŞ-ın yeni administrasiyası beynəlxalq razılaşmaları pozur. ABŞ-ın yeni administrasiyası beynəlxalq razılaşmaları pozaraq, üzərinə götürdüyü öhdəliklərdən imtina edərək özünə qarşı etimadı sarsıdır". Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasındakı çıxışında bəyan edib.

İran prezidenti Donald Trampın BMT-dəki çıxışını kobud, absurd və nifrət dolu adlandırıb.

Qeyd edək ki, ötən gün ABŞ lideri İranın nüvə proqramına dair razılaşmanı kəskin tənqid edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar