Modern.az

Yaponiya yenidən silkələndi

Yaponiya yenidən silkələndi

20 Sentyabr 2017, 22:38

Yaponiyada yenidən zəlzələ olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanlar Honsü adasında 6,1 bal gücündə qeydə alınıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:37-də qeydə alınıb. Zəlzələnin episentri adanın Kamaisi şəhərindən 281 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik tələfat və ya dağıntı barədə məlumat daxil olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir