Modern.az

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb

20 Sentyabr 2017, 22:53

Daşkəsəndə bıçaqlanma olub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

Kənd sakini, Cəfərova Şücayət və onun qızı 1994-cü il təvəllüdlü Cəfərova Əfsanə bıçaq yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, Bayan kənd sakini 1995-ci il təvəllüdlü Cəfərov Emin Kamil oğlu həyat yoldaşı Əfsanə Cəfərovanı döydüyünə görə qadın anasının evinə gedib. Anası Şücayət Cəfərova qızı ilə polisə şikayət edib və Ə. Cəfərovanın boşanmaq istədiyini deyiblər. Polis əməkdaşları  E. Cəfərovu şöbəyə çağıraraq ondan izahat alıblar. Oradan çıxan kimi E. Cəfərov boşanmaq istəyən həyat yoldaşını və qayınanasını bıçaqlayıb. Emin Cəfərov polis tərəfindən saxlanılıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır