Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

20 Sentyabr 2017, 23:58

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 19-da 57,87 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,58 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 19-da 57,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,63 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 19-da 53,22 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 19-da 56,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,71 dollar/barel çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!