20 oktyabr 2017, Cümə
Ana Səhifə - QARABAĞ - İlham Əliyev BMT-də Sarkisyanın fikirlərni alt-üst etdi
İlham Əliyev BMT-də Sarkisyanın fikirlərni alt-üst etdi
21.09.2017, 11:01

“BMT-nin hər ilin sentyabr ayında keçirdiyi açılış sessiyaları mühüm əhəmiyyət kəsb edir. Həmin sessiyaya qatılan dövlət başçıları dünyanın əsas problemlərindən danışır və beynəlxalq aləmə çıxış yolları göstərirlər.

ABŞ gücünün bir hissəsini itirməsinə rəğmən dünyanın super dövləti olaraq qalır. Bu səbəbdən ABŞ prezidenti Donald Tramp çıxış edərkən BMT-nin böyük zalında ayaq üstə dayanmağa belə yer yox idi. Hamı onu diqqətlə dinləyir və yaxın gələcəkdə super dövlətin liderinin hansı addımlar atacağını müəyyənləşdirməyə çalışırdılar”.

 

Modern.az xəbər verir ki, bunu “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

 

Ekspert Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışını da şərh edib.

 

O bildirib ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 4 qətnaməsi var. Bu qətnamələr kağız üzərində qalsa da, BMT Azərbaycan üçün əsas tribunalardan biri olaraq qalır.

 

Politoloq qeyd edib ki, bu səbəbdən Azərbaycan prezidenti İlham Əliyevin BMT sessiyasında iştirakı vacib idi.

 

“İlham Əliyevin BMT-nin 21 sentyabr sessiyasındakı çıxışı və orada toxunduğu tezislərin üzərində ayrı-ayrılıqda dayanmağa ehtiyac var.

 

Birincisi, İlham Əliyevdən əvvəl Ermənistan prezidenti Serj Sarkisyan BMT tribunasından çıxış edərək Azərbaycan əleyhinə yalanlar danışdı. Onun çıxışına cavab verilməli idi və İlham Əliyev Sarkisyanın çıxışını alt-üst etdi. Beynəlxalq aləmə Azərbaycan torpaqlarının işğalını konkret faktlarla anlatdı, Xocalı soyqırımını xatırlatdı və hər ikisində Ermənistanın hazırki prezidentinin birbaşa iştirakını bildirdi. Bunun belə olduğunu Sarkisyan və erməni cəmiyyəti də bilir. Ona görə də Sarkisyan İlham Əliyevin çıxışına cavab olaraq qalxıb deyə bilməzdi ki, “Azərbaycan torpaqlarını, o cümlədən Dağlıq Qarabağa aid olmayan torpaqları mən işğal etməmişəm və ya Xocalı əhalisinin qətliamında iştirak etməmişəm”.

 

İlham Əliyev BMT-dəki çıxışında birmənalı dedi ki, işğala və erməni separatçılarının cəbhə bölgəsindəki təxribatlarına son qoyulmasa Azərbaycan ordusu 2016-cı ilin aprel hücumunu yenidən təkrarlayacaq”-deyə E. Şahinoğlu bildirib.

 

Onun sözlərinə görə, prezident  İlham Əliyevin bunu məhz BMT tribunasından deməsi vacib idi. Çünki beynəlxalq aləm elə bilməsin ki, biz əbədiyyətə qədər işğalla barışacağıq.

 

“Bizim güc yolundan istifadə etmək hüquqmuz var və bu elə BMT sənədlərində əks olunub. Bir dövlət başqasının torpaqlarını işğal etməməlidir, işğal edərsə ona qarşı istənilən tədbir həyata keçirilə bilər. Başqa sözlə beynəlxalq aləm və işğalçı dövlət növbəti aprelə hazırlaşmalıdır. Bunun baş verməməsi üçün Dağlıq Qarabağ ətrafındakı rayonlar qeyd-şərtsiz boşaldılmalıdır. Seçim Ermənistan hakimiyyətinin və ona təzyiq etmək istəməyən böyük dövlətlərindir”-deyə E. Şahinoğlu əlavə edib ki, İlham Əliyevin BMT tribunasından Azərbaycandakı iqtisadi islahatlardan, enerji və nəqliyyat layihələrindən danışması da əhəmiyyətli idi.

 

“Bunun da xatırladılması yerində idi. Məsələn, Ermənistan prezidenti çıxışında ölkəsinin bir böyük layihədə iştirakından danışa bilmədi. Çünki belə bir layihə yoxdur. Azərbaycanın isə ideya daşıyıcısı və iştirakçısı olduğu və qonşularla birgə həyata keçirdiyi onlarla böyük regional layihəsi var. Bu layihələrdə Ermənistandan başqa Azərbaycana qonşu olan bütün ölkələr – Türkiyə, Gürcüstan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan iştirak edirlər. Mənə elə gəlir ki, Azərbaycan prezidenti çıxışının bu yerində Ermənistanın niyə bu böyük layihələrdən kənarda qaldığını və işğaldan imtina edəcəyi halda bölgədəki əməkdaşlığın sərhədlərinin genişlənəcəyini xatırlatmalı idi. Bu BMT-də onu dinləyənlərdə Azərbaycan torpaqlarının işğalının hamıya zərər verdiyi təsəvvürünü gücləndirmiş olardı.

 

Üçüncüsü, İlham Əliyev 2016-ci il Azərbaycanda multikulturalizm, 2017-ci il isə İslam həmrəyliyi ili elan olunduğunu xatırlatdı. Azərbaycandakı indiki hakimiyyətinin əsas uğurlarından biri məhz Azərbaycandakı dini dözümlülüyin dərin tarixi köklərə malik olduğunu beynəlxalq aləmə aşılaya bilməsidir. Dünyada artıq çoxları bilir ki, Azərbaycanda bütün dinlər rahat şəkildə varlığını sürdürür, məscidlər kilsə və sinaqoqalarla qonşudur. Bu səbəbdən İlham Əliyevin çıxışının bu hissəsini “bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və harmoniya şəklində yaşayır” cümləsi kimdəsə şübhə doğurmaz.

 

Dördüncüsü, Azərbaycan prezidenti BMT-dəki çıxışında insan haqları mövzusuna bu şəkildə toxundu: “Demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi hökumətimizin əsas prioritetləri sırasındadır. Azərbaycanda fikir, söz, sərbəst toplaşma və dini azadlıqlar da daxil olmaqla bütün fundamental azadlıq tam təmin edilir. Bu, Azərbaycanın dövlət siyasətidir” dedi.

 

Bunun belə olması bizim arzumuzdur. İnsan haqları və demokratiyanın bərqərarı məsələlərində hələ görüləsi işlərimiz çoxdur. Siyasi və məhkəmə islahatları dərinləşdirilməli, müxtəlif səviyyəli seçkilərin nəticələri iştirakçı tərəflərdə şübhə doğumamalıdır”.


Aqşin KƏRİMOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əbülfəs Qarayev Biləsuvarda vətəndaşları qəbul edib
20.10.2017, 14:24

Əbülfəs Qarayev Biləsuvarda vətəndaşları qəbul edib

Gələn il ipotekaya ayrılacaq pulun MƏBLƏĞİ 
20.10.2017, 14:08

Gələn il ipotekaya ayrılacaq pulun MƏBLƏĞİ 

Büdcədən AXC-nin 100 illiyi üçün 5 milyon manat ayrılacaq
20.10.2017, 13:58

Büdcədən AXC-nin 100 illiyi üçün 5 milyon manat ayrılacaq

Niderland səfiri: “Azərbaycan kimi biz də böyük güclərlə əhatə olunmuşuq”
20.10.2017, 13:53

Niderland səfiri: “Azərbaycan kimi biz də böyük güclərlə əhatə olunmuşuq”

Mərkəzi Kəşfiyyat İdarəsi: “ABŞ Şimali Koreyanın nüvə zərbələrinə hazır olmalıdır”
20.10.2017, 13:39

Mərkəzi Kəşfiyyat İdarəsi: “ABŞ Şimali Koreyanın nüvə zərbələrinə hazır olmalıdır”

3 məsələ Milli Məclisin gündəliyindən çıxarıldı    
20.10.2017, 13:33

3 məsələ Milli Məclisin gündəliyindən çıxarıldı  

Deputat dövlət orqanlarını şəkillərə görə hörmətsizlikdə SUÇLADI
20.10.2017, 13:27

Deputat dövlət orqanlarını şəkillərə görə hörmətsizlikdə SUÇLADI

Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq...
20.10.2017, 13:19

Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq...

Poçt xidmətinin əhatə dairəsi dəqiqləşib
20.10.2017, 13:17

Poçt xidmətinin əhatə dairəsi dəqiqləşib

Əcnəbilərin Azərbaycanda yaşaması üçün tələblər dəyişdi
20.10.2017, 13:13

Əcnəbilərin Azərbaycanda yaşaması üçün tələblər dəyişdi

Bakıda həyət evlərindən oğurluq edən yaxalandı   
20.10.2017, 13:12

Bakıda həyət evlərindən oğurluq edən yaxalandı  

Milli Məclis yeni medal təsis etdi
20.10.2017, 13:11

Milli Məclis yeni medal təsis etdi

Putin Ramazan Abdulatipova yeni vəzifə verdi   
20.10.2017, 13:07

Putin Ramazan Abdulatipova yeni vəzifə verdi  

Deputat təklif verdi, Oqtay Əsədov “onsuz da xeyri yoxdur” dedi
20.10.2017, 13:06

Deputat təklif verdi, Oqtay Əsədov “onsuz da xeyri yoxdur” dedi

“Əks addım atmalıyıq” – Deputatdan ÇAĞIRIŞ
20.10.2017, 13:01

“Əks addım atmalıyıq” – Deputatdan ÇAĞIRIŞ

Naxçıvanın Konstitusiyası dəyişdi
20.10.2017, 12:56

Naxçıvanın Konstitusiyası dəyişdi

Məşhur bəstəkarlar: “İndi Şövkət Ələkbərova səviyyəsində müğənni tanımırıq”  
20.10.2017, 12:55

Məşhur bəstəkarlar: “İndi Şövkət Ələkbərova səviyyəsində müğənni tanımırıq”  

Sumqayıtda polis oğrunu tutdu
20.10.2017, 12:51

Sumqayıtda polis oğrunu tutdu

“İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb, buna Avropa Şurası neyləsin?”
20.10.2017, 12:50

“İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb, buna Avropa Şurası neyləsin?”

Sabahın hava proqnozu AÇIQLANDI
20.10.2017, 12:48

Sabahın hava proqnozu AÇIQLANDI

2018-ci ilin dövlət büdcəsinin bütün GÖSTƏRİCİLƏRİ bəlli oldu
20.10.2017, 12:35

2018-ci ilin dövlət büdcəsinin bütün GÖSTƏRİCİLƏRİ bəlli oldu

Oqtay Əsədov: “Elə bil lotereya oynayırlar”
20.10.2017, 12:31

Oqtay Əsədov: “Elə bil lotereya oynayırlar”

Sumqayıtda İran vətəndaşını öldürən dəstənin qadın üzvü də tutuldu - FOTO
20.10.2017, 12:24

Sumqayıtda İran vətəndaşını öldürən dəstənin qadın üzvü də tutuldu - FOTO

Səməd Seyidov Milli Məclisdə AŞPA-nı sərt tənqid etdi
20.10.2017, 12:22

Səməd Seyidov Milli Məclisdə AŞPA-nı sərt tənqid etdi

İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başladı - FOTO
20.10.2017, 12:14

İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başladı - FOTO

Şamaxıda avtomobil aşdı, sürücü öldü
20.10.2017, 12:13

Şamaxıda avtomobil aşdı, sürücü öldü

“Bakıda böyük partlayış olacaq” - Əməkdar memar HƏYƏCAN TƏBİLİ çaldı
20.10.2017, 12:03

“Bakıda böyük partlayış olacaq” - Əməkdar memar HƏYƏCAN TƏBİLİ çaldı

Sarkisyan Ermənistanın yeni baş naziri olacaq - İDDİA
20.10.2017, 11:56

Sarkisyan Ermənistanın yeni baş naziri olacaq - İDDİA

UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq
20.10.2017, 11:35

UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq

Kərkük yaxınlığında silahlı toqquşma baş verib
20.10.2017, 11:31

Kərkük yaxınlığında silahlı toqquşma baş verib

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi
20.10.2017, 11:27

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi

DİM: Balların hesablanması qaydası dəyişəcək
20.10.2017, 11:23

DİM: Balların hesablanması qaydası dəyişəcək

Bakıda yüksək vəzifəli məmurun kürəkəni narkotiklə tutulub
20.10.2017, 11:21

Bakıda yüksək vəzifəli məmurun kürəkəni narkotiklə tutulub

Leyla Əliyeva Musiqili Teatrda olub
20.10.2017, 11:19

Leyla Əliyeva Musiqili Teatrda olub

İnternetimiz niyə zəifdir? - Baş redaktorlar şikayət etdi, provayderlər susdu, ekspert yol göstərdi
20.10.2017, 11:11

İnternetimiz niyə zəifdir? - Baş redaktorlar şikayət etdi, provayderlər susdu, ekspert yol göstərdi

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.12%)
“Azərişıq”(27.1%)
“Azərsu”(11.2%)
“Azəristiliktəchizat”(3.07%)
Heç biri(53.3%)