Modern.az

Bəzi mühacirlərin Azərbaycana dönüşünə şərait yaradılmalıdır - deputat məsələ qaldırdı

Bəzi mühacirlərin Azərbaycana dönüşünə şərait yaradılmalıdır - deputat məsələ qaldırdı

21 Sentyabr 2017, 11:23

Azərbaycan qanunlarını pozaraq ölkə hüdudlarından kənarda mühacir həyatı yaşayan şəxslər var. Dövlətimiz zaman-zaman humanist addımlar ataraq həmin şəxslərin yenidən Azərbaycana qayıtmalarına icazə verib.

 

Məsələn, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının (indi komitədir) keçmiş sədri Rza İbadov haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib.

 

O, bundan sonra Azərbaycana gəlib.

 

Azərbaycan hökuməti yenidən humanist addım ataraq həmin şəxslərin ölkəyə qayıtmasına icazə verə bilərmi?

 

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlama verib.

 

Deputat bildirib ki, müəyyən ictimai-siyasi proseslərdə iştirak edib xaricə köçmüş mühacirlər var.

 

“Əgər onların dövlətə, vətənə hansısa cinayətlərdə iştirakı yoxdursa, siyasi məhsuliyyətlərinə görə ölkədən gediblərsə onların ölkəyə qayıtmasına şərait yaradılmalıdır. Onların içərisində olduqca savadlı və ləyaqətli insanlar var”-deyə o bildirib.

 

Ç. Qənizadə deyib ki, həm də onların övladları böyüyüb.

 

“Biz öz vətəndaşlarımıza, övladlarımıza sahib durmaq naminə bunu etməliyik. Artıq həmin insanların həddi-buluğa çatmış oğlanları, qızları var. Onlar ailə qurmalıdırlar. Ona görə də mən böyük məmnuniyyətlə həmin insanların Azərbaycana qayıdışı ilə bağlı məsələnin müsbət həll olunmasının tərəfdarıyam”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir