Modern.az

“Cocuq Mərcanlıda məskunlaşma artıq “Böyük qayıdış”dır” - TƏQDİMAT  

“Cocuq Mərcanlıda məskunlaşma artıq “Böyük qayıdış”dır” - TƏQDİMAT   

Media

21 Sentyabr 2017, 11:34

Sentyabrın 21-də Bakıda “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatına həsr olunan tədbir keçirilir.

Modern.az xəbər verir ki, tədbir iştirakçıları Cocuq Mərcanlının işğalından əvvəlki vəziyyətini və bərpası ilə bağlı görülən işləri əks etdirən stendlərə baxıblar.

Sonra “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının təqdimatı olub və “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filimi nümayiş etdirilib.


Təqdimatda çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov bildirib ki, işğaldan azad edilərək yenidən qurulan Cocuq Mərcanlı bütün dünyaya səs saldı.

“Cocuq Mərcanlıda məskunlaşma artıq “Böyük qayıdış”dır. Beş il öncə, hərbi məktəblərdə təhsl alan məcburi köçkün övladları ilə bağlı araşdırma apardıq. Nəticə ürəkaçan deyildi. Prezident tapşırıq verdi ki, bu məsələyə xüsusi diqqət ayrılsın. İndi isə nəticə əvvəlkindən 30 dəfə artıqdır. Bu, həm də onların öz istəkləri ilə oldu. Aprel döyüşlərində bu cür addımlar nəticəsini verdi. “Cəbhə xətti” deyirlər, nə deyirlər, blmirəm. Oralar Azərbaycan torpaqlarıdır. Kim necə qiymət verir, versin. Tezliklə həmin torpaqlar işğaldan azad ediləcək”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?