Modern.az

“O  vaxtdan yerli tekstil insanların nifrətini qazanıb” – MÜSAHİBƏ

“O  vaxtdan yerli tekstil insanların nifrətini qazanıb” – MÜSAHİBƏ

21 Sentyabr 2017, 13:32

Eyyub Hüseynov həyəcan təbili çaldı: ““Kapuçino”lar Azərbaycana qaçaqmal yolu ilə gətirilir”

 

Azad İstehsalatçılar Birliyinin Sədri Eyyub Hüseynov Modern.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

 

- Azərbaycanda belə bir tendensiya var ki, keyfiyyətsiz olsa belə xarici ölkə istehsalı olan məhsullara maraq göstərirlər. Amma keyfiyyətli yerli məhsullara yox. Bu nədən qaynaqlanır?

 

 

 - Əhali bilməlidir ki, yerli mallar bütün hallarda üstündür. Ümumiyyətlə belə bir təcrübə var ki, insanın doğulduğu yerdən 500 kilometr radiusda mallardan qırağa çıxması düzgün deyil. Çünki insanların geni olanlara öyrəşib. Ayrı-ayrı mallar da ola bilsin ki, keyfiyyətli olsun. İstisna hallarda rast gəlinən mallar kimyalaşdırılmış mallar olur. Yerli məhsullara marağın artırılması üçün əhali arasında maarifləndirmə işləri aparılmalıdır. Əsasən ərzaq məhsullarında yerli istehsala üstünlük verilir, tekstil sahəsində isə xarici istehsala üstünlük verilir.  

Bunun  da bir səbəbi var, vaxtilə  “Volodarski” fabrikinin istehsal etdikləri geyimlər həmin dövrdə yaşayan nəslin  gözündən düşüb. Həmin fabrikdə pambıq korrupsiyasını gizlətmək üçün bir tərəfi uzun, bir tərəfi qısa köynəklər, şalvarlar tikilirdi. O  vaxtdan yerli tekstil insanların nifrətini qazanıb. Ona görə də yerli məhsullara inam yoxdur. Əlbəttə gərək biznes qurumlar gərək öz brendlərini yaratsınlar, Azərbaycan brendi ilə çıxsınlar, istehlakçıları aldatmasınlar.

 

- Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlər ən çox hansı sahə ilə bağlı olur?

 

 

 - Bizə daxil olan şikayətlər əsasən mobil telefonlarla bağlıdır. Saxta, keyfiyyətsiz telefonların gətirilməsi, istehlakçı hüquqlarının pozulması, zəmanətə əməl olunmaması ilə bağlı müraciət edirlər. İstifadə müddəti keçmiş ərzaq məhsulları ilə bağlı da şikayətlər daxil olur.

 

- Daxil olan şikayətlər əsasında hansısa müəssisənin cərimə olunmasına və ya bağlanmasına nail olmusunuz?

 

 

- Bizə daxil olan şikayətlərin 80 faizini danışıq yolu ilə, tərəfləri barışdırmaqla həll edirik. Danışıq yolu ilə həll olunmayan məsələləri dövlət orqanlarına göndəririk. İqtisadiyyat Nazirliyinə və Vergilər Nazirliyinə müraciət edirik. Və məhkəmələrə veririk. Çox təəssüflər olsun ki, dövlət qurumlarının işindən narazıyam. Bizə cavab göndərirlər ki, gedin məhkəməyə verin. Bu anormal hallardır. Düşünürəm ki, 144 ştatla 9 mərtəbəli binada oturan dövlət orqanları çevik işləməlidir. Əgər çevik işləmirlərsə, həmin adamlar gedib evlərində öz işləri məşğul olmalıdır.

 

- Azad İstehlakçılar Birliyinin fəaliyyətinə maneçilik törədən olub?

 

 - Azad İstehlakçılar Birliyinin fəaliyyətinə daim əngəl törətmək istəyənlər olur. Lakin bizim ən böyük dayağımız 4-cü hakimiyyət - mediadır. Azad İstehlakçılar Birliyinin inamı var. Bizə maneçilik törədənlər saxta məhsul gətirən, istehsal edən insanlardır. Çox təəssüflər olsun ki, gömrük orqanlarına göndərdiyimiz sorğunun heç bir nəticəsi yoxdur. Gömrükdən saxta, kontrabanda mal keçirilir. Qaçaqmal yolu gətirilmiş “kapuçino”  deyilən kofelər insan sağlamlığına ciddi ziyan vurur. Belə insanlar bizə maneçilik törətmək istəyirlər, Azad İstehlakçılar Birliyinin varlığı onları narahat edir.

 

 - Yerli istehsalın inkişaf etməməsinin səbəbini nədə görürsünüz?

 

 - Dövlət biznes qurumlarına kifayət qədər dəstək verir. Lakin istehsal və istehlak mədəniyyəti Azərbaycanda kifayət qədər formalaşmayıb. Düşünürəm ki, yerli istehsalın inkişafdan geri qalması bundan qaynaqlanır. Azərbaycan prezidenti 2011-ci il 16 yanvarda Nazirlər Kabinetinin yığıncağında dedi ki, bazarda monopoliya var, belə halların qarşısı alınmalıdır.

 

- Azərbaycan Prezidenti  kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək məqsədilə sərəncam imzalayıb.  Həmin sərəncama əsasən sahibkarlıq obyektləri iki illik  yoxlamalardan azad edildi. Bu sərəncamdan sui-istifadə edənlər oldumu?

 

 - Bu sərəncamdan kifayət qədər sui-istifadə edənlər oldu, buğun də belədir. Bizim ofisdə çoxsaylı mallar var ki, onlar insan həyatı üçün təhlükəlidir, yararlılıq vaxtı keçib, lakin, hələ də satılır. Baxmayaraq ki, həmin sərəncamda insan həyatı və ətraf mühit üçün təhlükə yaradan məhsulların yoxlanılmasına icazə verilib. Sanki yoxlayıcı orqanlar qanun tərəfdarıdır, korrupsiyadan uzaqdırlar. Bir sözlə, c ənab prezidentin sərəncamı biznes qurumları üçün böyük şans idi, amma sui-istifadə halları olur. Ölkənin əmtəə bazarında külli miqdarda saxta, təhlükəli mallar var və nədənsə dövlət qurumları yoxlamaları keçirmirlər. Cənab prezident o fərmanı verəndə qiymətlərin aşağı düşəcəyini, rüşvətin aradan qalxacağını nəzərdə tutmuşdu.

 

 - Cəmiyyətdə belə fikirlər var ki, Azərbaycanda istehsal olunan məhsullar xarici ölkələrin adı ilə satılır. Sahibkarlar belə vasitələrə əl atır?

 

 

 - İstehlakçı hüquqları  qorunması sahəsində qanunların zəif olması, istehsalçıların belə yollara əl atmasına şərait yaradır. Bu,  Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin pis işləməsindən qaynaqlanır. Ölkədə mükəmməl istehlakçı siyasəti yoxdur. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır