Modern.az

Dini Komitə Məhərrəmliyə görə din xadimlərini TƏLİMATLANDIRIB

Dini Komitə Məhərrəmliyə görə din xadimlərini TƏLİMATLANDIRIB

21 Sentyabr 2017, 14:23

Sabahdan etibarən Məhərrəmlik ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası da bununla  bağlı fətva verib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov  Modern.az-a açıqlamasında Məhərrəmlik ayı ilə bağlı komitənin görəcəyi tədbirlərdən danışıb:

 

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  Məhərrəmlik ayının başlanması ilə əlaqədar Qafqaz Müsəlmanları  İdarəsi (QMİ) ilə birlikdə  əvvəlcədən hazırlıq işləri görür. Bilirsiniz, bu yaxınlarda bununla bağlı QMİ-nin fətvası olub. Bu baxımdan Məhərrəmlik ayının başlanması ilə bağlı  hər il olduğu kimi bu il də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində  tədbirlər planı işlənib hazırlanır.

 

Həmin tədbirlər planına uyğun olaraq işlərimizi  Məhərrəmlik ayı başlamamışdan öncə görürük. Dini icmalar, din xadimləri, eyni zamanda  dindarlarla müvafiq izahatlar aparırıq. Bu izahatlar əsasən iki istiqamətdədir. Birincisi, maarifləndirici, ikincisi isə qanunun müvafiq tələblərinin izahı ilə bağlıdır. Bu istiqamətdə bütün işlər aparılıb və din xadimləri, dini icma sədrləri məsələ ilə bağlı kifayət qədər  məlumatlıdırlar. Bizim fəaliyyətimiz əsasən  Məhərrəmlik ayında bütün mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə, Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinə yönəlib”.

 

G.İsmayılov qeyd edib ki, bununla əlaqəli tədbirlər Məhərrəmlik ayının sonuna qədər davam edəcək:

 

“Eyni zamanda əsas məqsədlərimizdən biri QMİ-nin fətvasında göstərilən tövsiyələrə əməl olunması ilə bağlıdır. Bu istiqamətdə idarə ilə birlikdə işlərimizi Məhərrəmlik ayının sonuna qədər davam etdirəcəyik.  Hər il bu sahədə irəliləyişlər göz qabağında olur. İnanırıq ki, bu il də Məhərrəmlik ayında keçirilən istər Aşura mərasimləri, istərsə də təziyə mərasimləri ilə bağlı əvvəlki illərə nisbətən müsbət nəticələr əldə olunacaq”.

 

Qeyd edək ki, Məhərrəmliklə bağlı QMİ-nin  fətvasında deyilir ki, Hicri-qəməri təqvimi ilə 1438-ci il başa çatır. Yeni Hicri 1439-cu ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabrın 22-nə təsadüf edir.

 

Bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi