Modern.az

Universitetdə “Konfutsi İnstitutu tələbələrinin Çin sərgüzəştləri” 

Universitetdə “Konfutsi İnstitutu tələbələrinin Çin sərgüzəştləri” 

Aktual

21 Sentyabr 2017, 14:45

Sentyabrın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Konfutsi İnstitutu tələbələrinin Çin sərgüzəştləri” mövzusunda seminar keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov tələbələrinin yay düşərgəsi zamanı Çinin aparıcı ali təhsil müəssisələrində uğurla təhsil aldıqlarını, Azərbaycanın  mədəniyyəti, tarixi və iqtisadiyyatını təbliğ etdiklərini bildirib. Rafiq Abbasov Azərbaycanın Böyük İpək Yolu üzərində yerləşən, dinamik inkişafda olan tolerant ölkə olduğunu vurğulayıb, qeyd edib ki, Azərbaycanın müasir həyatı haqqında həqiqətləri Çin ictimaiyyətinə çatdırmaq məqsədi ilə davamlı şəkildə ölkəmizin tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatına həsr olunmuş tədbirlər təşkil edilir. Professor bildirib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramına əsasən gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakı dəstəklənir və gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsinə səy göstərilir.

 

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun tələbələri təqdimatlarla çıxış edib, çinlilərin etnik özünüdərki, xüsusilə Çin milli xarakteri, kulinariyası, düşüncə tərzi, eyni zamanda onların milli-psixoloji keyfiyyətləri haqqında öz fikirlərini bölüşüblər.

 

Tədbirdə Çinin Xuçjou şəhərində Çin dili öyrənən tələbələrin Yay məktəbində çəkdiyi şəkillərdən və Çin bəzək əşyalarından ibarət stend təqdim olunub.

 

Sonda Konfutsi İnstitutunun Çin dili kurslarının tələbələrinə diplomlar təqdim edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!