Modern.az

Ermənistanda 2 nazirlik arasında Qarabağa görə QALMAQAL  

Ermənistanda 2 nazirlik arasında Qarabağa görə QALMAQAL    

21 Sentyabr 2017, 15:19

Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın bir məntəqəsi də Azərbaycana verilə bilməz, təhlükəsizliyin təminatı üçün istisnasız olaraq bütün rayonlar vacibdir.

 

Virtualaz.org “Rusarminfo.ru”ya istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, general-leytenant Movses Akopyan deyib.

 

“DQR”in bir məntəqəsi də Azərbaycana verilə bilməz, təhlükəsizliyin təminatı üçün istisnasız olaraq bütün rayonlar vacibdir”, - Akopyan deyib.

 

O əlavə edib ki, müdafiənin gücləndirilməsi üçün tanınmamış respublikaya əlavə torpaqlar lazımdır.

 

Xatırladaq ki, sentyabrın 19-da çıxışı zamanı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanın Azərbaycanla “DQR”in ərazilərinin bir hissəsinin qaytarılması məsələsini müzakirə etdiyini bildirib.

 

Onun sözlərinə görə, söhbət “Qarabağın təhlükəsizliyinə xələl gətirməyən ərazilər”dən gedir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub