Modern.az

Gəmi sürücüləri  də sürücülük vəsiqəsi almalı olacaqlar

Gəmi sürücüləri  də sürücülük vəsiqəsi almalı olacaqlar

21 Sentyabr 2017, 16:18

Kiçikhəcmli gəmilərin sürücüləri həmin gəmiləri idarə etmək üçün sürücülük vəsiqəsi almalı olacaqlar.

 

Nazirlər Kabinetindən verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"nda dəyişiklik edilib.

 

Dəyişikliklərə əsasən, kiçikhəcmli gəmilərin sürücüləri həmin gəmiləri idarə etmək üçün Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən verilmiş sürücülük vəsiqələrinə malik olmalıdırlar.

 

İndiyədək mövcud olan qaydalara görə isə kiçikhəcmli gəmilərin sürücüləri Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin İxtisas Komissiyası tərəfindən verilmiş mühərrikli və yelkənli qayıqların idarə olunması hüququnu verən şəhadətnaməyə malik olmalı idilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...