Modern.az

Pambıq yığımına aparılan tibb işçiləri - Səhiyyə Nazirliyindən qəza ilə bağlı AÇIQLAMA

Pambıq yığımına aparılan tibb işçiləri - Səhiyyə Nazirliyindən qəza ilə bağlı AÇIQLAMA

21 Sentyabr 2017, 16:24

Səhiyyə Nazirliyi Biləsuvarda tibb işçilərinin xəsarət aldığı qəza ilə bağlı məlumat açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza zamanı 3 tibb işçisi xəsarət alıb:

“Onlar Biləsuvar Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər üçü xanımdır, hazırda vəziyyətləri stabildir. Yaxın günlərdə evə buraxılacaqlar”.

Tibb işçilərinin hansı səbəbdən pambıq yığımına aparıldığına gəlincə, “nazirlikdə bu barədə məlumat yoxdur”, -deyə bildiriblər.

Qeyd edək ki, sentyabrın 19-da Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının işçiləri pambıq yığımından qayıdarkən təcili yardım maşınında qəzaya uğrayıblar.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər