Modern.az

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA  

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA   

21 Sentyabr 2017, 17:22

Yazıçılar Birliyinə məxsus binanın alt qatında fəaliyyət göstərmiş və Bakı meri Hacıbala Abutalıbovun iştirakı ilə qapadılmış “26" kafesinin sonrakı aqibəti barədə yeni söz-söhbət yayılıb. İddia olunur ki, guya kafe elə həmin yerdə yenidən fəaliyyətə başlayacaq.


Yazıçılar Birliyinin İctimiayyətlə əlaqələr şöbəsinin rəhbəri Xəyal Rza Modern.az-a açıqlamasında səsləndirilən fikirlərin yanlış olduğunu bildirib:

“Bütün bunlar boş söhbətlərdir. Hazırda məlum hadisə ilə bağlı araşdırma getdiyi üçün “26” kafesinin taleyi həll olunmayıb. Oranın necə fəaliyyət göstərəcəyi haqqında tam qərar qəbul edilməyib. Bütün hallarda bundan sonra ora icarəyə verilməyəcək. Bütövlükdə ərazinin hansı sahədə fəaliyyət göstərməsi ilə bağlı qərarın olma ehtimalı var. Bu da bir neçə günə, yaxud gələn ay üçün müəyyən edilə bilər.  Hər şey ümumi hadisələrin gedişatından aslıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir