20 iyul 2018, Cümə
Ana Səhifə - ƏDƏBİYYAT - Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır  
Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır  
21.09.2017, 18:18

İllər öncə, məsələn, 1980-1990-cı illərdə Azərbaycan cəmiyyətində  kişinin qadına olan sevgi hissi indiyə nisbətən daha dəyərli idi.  Qadın isə əks cinsin gözündə daha əlçatmaz görünürdü. Bəzən, bir oğlan sevdiyi xanımdan "hə" cavabı almaq üçün hətta illərlə gözləyər, bundan qətiyyən də usanmazdı. Xüsusən də, kənd yerlərində hansı oğlanın uzun müddətdir ki, hansı qızı sevdiyi hamıya məlum olardı. Bəzən, bu yayılmış bilgiyə görə, başqaları həmin qıza elçi düşməz, onun sevdalısı olan oğlana nə cavab verəcəyini gözləyərdilər. Bəzən isə uğursuz cavabdan sonra özünə xəsarət yetirənlər, intihara cəhd edənlər  də olurdu. Çünki,  təkrar edirik, qadın da, sevgi də əlçatmaz görünürdü. İndi isə sanki bu dəyər yoxa çıxıb. Əks cins üçün qadının əlçatmazlıq, sevginin isə aliliyi anlayışı itib. Buna səbəb nə oldu? Necə oldu ki, ədəbiyyatının, mədəniyyətinin, musiqisinin,  yaşam tərzinin özəyini əfsanələşmiş sevgi nağılları təşkil edən bir cəmiyyətdə sevgi hissi bu qədər adiləşdi?

Filosof, Xəzər Universitetinin müəllimi Mail Yaqub Modern.az-a açıqlamasında bu tendensiyanın təkcə Azərbaycanda deyil, bütün dünyada yayıldığını bildirib. Onun sözlərinə görə, dünya, xüsusən də Avropa artıq romantika anlayışını qəbul etmir:

 

“Bu, təkcə Azərbaycana aid olan tendensiya deyil. Dünyaya aid olan qlobal məsələdir. Texnologiyalar inkişaf etdikcə, insanların bir-birilərilə əlaqə qurmaq imkanları genişləndikcə onların əlçatmazlığı da sıradan çıxır. İstər qadın, istərsə kişi, onlar daha əlçatan olur. 1990-cı illərdə insanların bir-birilərilə əlaqə qurma imkanları çox məhdud idi. Onda  mobil telefon təzə-təzə işlənirdi. İndi isə tamamilə fərqlidir. Texnoloi yeniliklərin hesabına insanlar bir-biriləilə rahatlıqla tanış olur, əlaqə qururlar. Əlçatmazlıq məsələsi də artıq bu zaman öz aktuallığını itirir.

Məsələnin başqa tərəfi də var: bütün dünyada belədir: romantika artıq nağıllarda qalıb. Həyatda buna rast gəlinmir. Bu, Avropada daha öncədən təsbit olunmuşdu. Bizə hələ sonradan gəldi. Məsələnin əsas mahiyyəti də budur. İnsanlar artıq “Leyli və Məcnun” romantikasını qəbul etmirlər. Bunun da əsas səbəbi elə texnologiyadır”.

 

Gənc yazar  Emin Piri isə məsələyə tamam fərqli rakursdan yanaşır. Onun fikrincə, insanların elə əsas səhvi kişilərin qadınları özlərinə əlçatmaz görmələri olub. Şairin təbirincə, əlçatmazlıqla sevgini qətiyyən eyniləşdirmək olmaz:

 

“Problem odur ki, biz əlçatmazlıqla sevgini eyniləşdiririk. Bu pis xarakterdi. Elə əslində, bizə “hə” deyən, dəyər verən birini sevməliyik. Əlçatmaz olanı yox. Bir qədər mazoxizmdi bu: Səni saymayan üçün yaşamaq, sevmək… Şüuraltı mazoxizmdi. Misalçün, mən Tanrını daha çox sevirəm. O, mənim üçün ən əlçatan varlıqdı. Əl çatmasaydı, onu da sevməzdim. İnsan ömrü elə də uzun deyil ki, bizə dəyər verməyənlərlə məşğul olaq. Qadın sevdiyinin yanında olmalıdır. Onda daha dəyərli olur. Nəinki əlçatmazlıq kimi sadizm edəndə….”.

Məsələyə ixtisası üzrə psixoloji aspektdən yanaşan psixoloq Fərqanə Mehmanqızı açıqlamasında keçmişdəki ali hissləri qəbul etmədiyini bildirib. Psixoloq uzun illər bundan əvvəllərə aid olan sevgi əhvalatlarını real həyatla əlaqəli saymır. Ümumiyyətlə, “əlçatmazlıq” anlayışını qəbul etməyən psixoloq bu gün oğlanların qızlara olan barmaqarası münasibətinin əsas səbəbi kimi, onların internet vasitəsilə seçim hüquqlarının çoxluğunda görür:

 “Düşünmürəm ki, əvvəllər insanlar kimin üçünsə illərlə sevgi həsrəti çəkiblər və  bu tendensiya indi yoxa çıxıb. Fikrimcə, o vaxt sadəcə olaraq, fərqli hadisələr insanların yadında qalıb. Yaddaşlardan yaddaşlara köçürülərək, hekayət foormasında bir nəsildən başqa nəslə ötürülüb. Yəni, o zaman yaşanan sevgi əhvalatlarına xəyal gücü də əlavə olunub.

Əlbəttə ki, o zamanlarda da sevgidə, hisslərdə, lap bir ailə daxilində də xəyanətlər olub.  Ailələrini tərk edərək qoşulub qaçan qızlar da yox deyil. Valideynlərimiz bir-birilərilə bu haqda danışanda biz də eşidərdik. Yəni, neqativ hadisələr əvvəllər də çox olub. Lakin mühitin dəyərlərinə ayıb hesab etdikləri üçün ört-basdır ediblər.

Bu gün sosial şəbəkələr çox pərdəni aradan götürüb. Bir insanın dostluğunda  müəyyən sayda adamlar var. Sosial şəbəkələr vasitsilə insanların bir-biriləriylə münasibət qurmaları asanlaşıb. İnsanların seçim etmə şansları çoxalıb. Deməzdim ki, bu günün qadınları əlçatan, yaxud, əlçatmazdır. Bu, induvidual bir məsələdir. Şəxsi baxışdan irəli gəlir. Ümumiyyəltə, isə insanın xisləti heç zaman dəyişmir. Sadəcə, o müəyyən şəraitə uyğunlaşır və ona uyğun hərəkət edir. Kim deyə bilər ki, keşmişdə indi bizdə olan texniki imkanlar olsa idi, o vaxtın insanları sevgidə, qadına münasibətdə naqislik etməzdilər?! Bizim genetik kodlarımız hər zaman  mühitə, şəraitə uyğun hərəkət edib. Yəni  onların əlində hansı imkanlar olubsa, ona uyğun da hərəkət ediblər.  O cümlədən, indiki nəsil də əlində olan texniki imkanların hesabına hərəkət etdiyi üçün, münasibətlərdə adilik yaranır.

“Sevilən qadın əlçatmazdır” ifadəsini qəbul etmirəm. Heç kim əlçatmaz deyil.  Sadəcə, onu əldə etmək üçün keçilməli olan yollar var”.

 

Bəlkə, məsələnin tibbi tərəfi də var. İnsanları sevgidən soyudan bəlkə, tibbi proseslərdir? Çünki sevgini də insanda yaşadan müəyyən hormonlar var. Ola bilərmi ki, bu hormonal dəyişikliklər ali hissin ölümünə səbəb olub?

Həkim-şair Şahin Musaoğlu isə açıqlamasında bu məsələdə tibbin heç bir təsirinin olmadığını birmənalı şəkildə bildirib. Onun sözlərinə görə hormonal dəyişikliklər insandakı hisslərə heç bir təsir göstərmir.

N.Nihad

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
IV qrupda 150 bal toplayan abituriyentlərə şans verildi   
20.07.2018, 10:58

IV qrupda 150 bal toplayan abituriyentlərə şans verildi  

10 min manatlıq stəkan oğurlayanlar saxlanıldı
20.07.2018, 10:55

10 min manatlıq stəkan oğurlayanlar saxlanıldı

Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı
20.07.2018, 10:52

Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı

Nazir arxeoloji qazıntılarla tanış oldu
20.07.2018, 10:47

Nazir arxeoloji qazıntılarla tanış oldu

Təbiəti çirkləndirənlər CƏRİMƏLƏNDİ
20.07.2018, 10:44

Təbiəti çirkləndirənlər CƏRİMƏLƏNDİ

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanına qeydiyyat başa çatır
20.07.2018, 10:41

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanına qeydiyyat başa çatır

Tramp Putini HƏDƏLƏDİ: “Ən qatı düşməni olacam”   
20.07.2018, 10:36

Tramp Putini HƏDƏLƏDİ: Ən qatı düşməni olacam”  

Qızlar da maşinist olmaq istəyir - 9 xanım “Bakı Metropoliteni”nə SƏNƏD VERDİ   
20.07.2018, 10:29

Qızlar da maşinist olmaq istəyir - 9 xanım “Bakı Metropoliteni”nə SƏNƏD VERDİ  

Bakı Ali Neft Məktəbinin 5  məzunu BP-dən iş təklifi aldı
20.07.2018, 10:28

Bakı Ali Neft Məktəbinin 5  məzunu BP-dən iş təklifi aldı

ABŞ müdafiə naziri Türkiyəni sakitləşdirməyə çalışdı
20.07.2018, 10:25

ABŞ müdafiə naziri Türkiyəni sakitləşdirməyə çalışdı

“Şollerin arxivi” bədii filminə daha bir təqdimat keçirildi
20.07.2018, 10:16

“Şollerin arxivi” bədii filminə daha bir təqdimat keçirildi

Salyanda ağır qəza: 5 yaralı
20.07.2018, 10:00

Salyanda ağır qəza: 5 yaralı

I və IV qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı   
20.07.2018, 09:47

I və IV qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı  

Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər   
20.07.2018, 09:43

Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər  

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi türkiyəli sahibkarlar...
20.07.2018, 09:36

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi türkiyəli sahibkarlar...

Təhsil və Mədəniyyət nazirliklərində işləmək üçün elan edilən müsahibə başa çatdı
20.07.2018, 09:27

Təhsil və Mədəniyyət nazirliklərində işləmək üçün elan edilən müsahibə başa çatdı

Berlindən Buxarestə qədər azərbaycanlılar, yaxud diasporla bağlı nikbin gələcək
20.07.2018, 09:22

Berlindən Buxarestə qədər azərbaycanlılar, yaxud diasporla bağlı nikbin gələcək

Axtarışda olan daha 26 nəfər tutuldu
20.07.2018, 08:42

Axtarışda olan daha 26 nəfər tutuldu

AvroLiqada 43 klub II mərhələyə çıxdı - Bizimkilər biabır oldu - Bütün NƏTİCƏLƏR   
20.07.2018, 08:40

AvroLiqada 43 klub II mərhələyə çıxdı - Bizimkilər biabır oldu - Bütün NƏTİCƏLƏR  

Aldadılan sənətçilər - Könül, Məleykə, Aygün...   
20.07.2018, 08:31

Aldadılan sənətçilər - Könül, Məleykə, Aygün...  

Məşhur idmançını kimlər öldürüb?   
20.07.2018, 08:21

Məşhur idmançını kimlər öldürüb?  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
20.07.2018, 08:15

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

26 gündəlik qəzetə 998 min manat verildi - SİYAHI
20.07.2018, 01:07

26 gündəlik qəzetə 998 min manat verildi - SİYAHI

20.07.2018, 00:55

"Neftçi" Avroliqada mübarizəni dayandırdı - Yenilənib

Tramp Putinlə Vaşinqtonda görüşəcək
20.07.2018, 00:44

Tramp Putinlə Vaşinqtonda görüşəcək

İraqda qarşıdurma: 12 ölü, 571 yaralı
20.07.2018, 00:36

İraqda qarşıdurma: 12 ölü, 571 yaralı

ABŞ hərbi gəmisi belə partladıldı - VİDEO
20.07.2018, 00:22

ABŞ hərbi gəmisi belə partladıldı - VİDEO

İlham Əliyev “Airbus” şirkətinin vitse-prezidenti ilə görüşüb   
20.07.2018, 00:08

İlham Əliyev “Airbus” şirkətinin vitse-prezidenti ilə görüşüb  

Azərbaycan nefti cüzi ucuzlaşıb
19.07.2018, 23:50

Azərbaycan nefti cüzi ucuzlaşıb

“Qəbələ” də Avroliqa ilə vidalaşdı
19.07.2018, 23:37

“Qəbələ” də Avroliqa ilə vidalaşdı

İlham Əliyev Fransada Qarabağ məsələsini müzakirə etdi - FOTOLAR
19.07.2018, 23:13

İlham Əliyev Fransada Qarabağ məsələsini müzakirə etdi - FOTOLAR

“Keşlə”  Avroliqada mübarizəni dayandırdı
19.07.2018, 22:59

“Keşlə” Avroliqada mübarizəni dayandırdı

Dənizdə batan 3 nəfər xilas edilib
19.07.2018, 22:45

Dənizdə batan 3 nəfər xilas edilib

“Total” Azərbaycanda təbii qaz yataqlarının işlənilməsində maraqlıdır
19.07.2018, 22:33

“Total” Azərbaycanda təbii qaz yataqlarının işlənilməsində maraqlıdır

İranda terrorçu dəstə zərərsizləşdirildi
19.07.2018, 22:04

İranda terrorçu dəstə zərərsizləşdirildi

ARXİV