Modern.az

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb

21 Sentyabr 2017, 18:35

Serbiyanın paytaxtında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Videoxəbərlərin yaradılması və onların qazanc gətirməsi. Redaktorların yeni çağırışlara hazırlanması” mövzusunda konfransı keçirilib. Konfransda təşkilatın üzvləri, o cümlədən 2008-ci ildən EANA-nın üzvü olan Azərbaycan Dövlət İnformasiya Agentliyi də təmsil olunub.

 

Modern.az xəbər verir ki, AFP agentliyinin videoredaksiyasının direktoru KristinaBuxaqiar “Videoxəbərlərin istehsalında AFP-nin strategiyası və digər agentliklərlə əməkdaşlıq”, “Press Association” agentliyinin videoxəbərlər şöbəsinin müdiri AleksRotvell “Videoxəbərlərintəkmilləşdirilməsi planları: sürət, keyfiyyət və şaxələndirmə”, İspaniyanın EFE agentliyinin videojurnalistiNaxo Martin “Smart-video və fotoməhsulların yaradılması” mövzularında, Avstriyanın APA agentliyinin videoredaksiyasının baş redaktoru KlemensPiq öz şöbəsinin fəaliyyəti haqqında məruzələrlə çıxış ediblər.

 

AFP-dən RaynerFinke, STA-dan AlyoşaRexar və EANA-nın prezidenti YonasErikson təmsil etdikləri agentliklərin şöbə və redaksiyalarının fəaliyyəti barədə məruzələrlə çıxış ediblər. AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Seyidov agentliklərin nümayəndələrinə - alyansın üzvlərinə onların azərbaycanlı həmkarlarının bu sahədəki təcrübəsi barədə söhbət açıb, statistik məlumatlar təqdim edib. Jurnalist xatırladıb ki, multimedia məsələləri keçən il Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresində əsas müzakirə mövzularından biri olub.

 

Bununla da konfrans işini başa çatdırıb. Sentyabrın 22-də EANA-nın Baş Assambleyası keçiriləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər