Modern.az

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları  qəbul edib - FOTO

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları  qəbul edib - FOTO

Aktual

21 Sentyabr 2017, 20:02

Bu  gün 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik  Əhliman  Əmiraslanov  Milli Məclisdə vətəndaşları növbəti dəfə qəbul edib. Modern.az xəbər verir ki, qəbulda səhhətində olan problemlərlə bağlı Milli Məclisin Səhiyyə komitəsinə müraciət edən vətəndaşlarla yanaşı,  65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və əsasən sosial  problemlərin həllində köməklik istəyən seçicilər də iştirak edib. Qəbul zamanı  xəstələrin müalicəsi,  müxtəlif cərrahi əməliyyatlar və orqan köçürülməsi ilə bağlı müraciətlər olub. Müraciət edən seçicilər isə müxtəlif  sosial problemlərlə bağlı şikayətlərini deputata çatdırıblar.

Əhliman Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin diqqət mərkəzində olduğunu və həlli istiqamətində müvafiq addımlar atılacağını bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı